...

Vergilər naziri Şirvanda vətəndaşları qəbul edib (FOTO)

İqtisadiyyat Materials 27 Fevral 2018 16:27 (UTC +04:00)
Vergilər naziri Mikayıl Cabbarov Şirvan şəhərində 5 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında vətəndaşları qəbul edib.
Vergilər naziri Şirvanda vətəndaşları qəbul edib (FOTO)

Bakı. Trend:

Vergilər naziri Mikayıl Cabbarov Şirvan şəhərində 5 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında vətəndaşları qəbul edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Şirvan, Hacıqabul, Salyan, Neftçala, Sabirabad və Saatlı rayon sakinləri iştirak edib.

Qəbulda vətəndaşlar əsasən, vergi orqanlarına işə qəbul, strukturlarda iş yerlərinin dəyişdirilməsi və digər məsələlərlə əlaqədar müraciət ediblər.

Görüşdə Vergilər Nazirliyinin yerli vergi orqanlarının rəhbərliyi də iştirak edib. Qəbulda vətəndaşların müraciətləri dinlənilib, əksər məsələlər yerindəcə həllini tapıb, bir sıra müraciətlərlə bağlı nazirliyin struktur bölmələrinə tapşırıqlar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti