...

Elmin İnkişafı Fondu Kənd Təsərrüfatı Nazirliyi ilə aqrar tədqiqatların dəstəklənməsi sahəsində əməkdaşlıq edəcək (FOTO)

İqtisadiyyat Materials 6 Mart 2018 15:01 (UTC +04:00)
Mart ayının 6-sı kənd təsərrüfatı naziri Heydər Əsədov Prezident yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayevlə görüşüb.
Elmin İnkişafı Fondu Kənd Təsərrüfatı Nazirliyi ilə aqrar tədqiqatların dəstəklənməsi sahəsində əməkdaşlıq edəcək (FOTO)

Bakı. Trend:

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu Kənd Təsərrüfatı Nazirliyi ilə aqrar tədqiqatların dəstəklənməsi sahəsində əməkdaşlıq edəcək.

Elmin İnkişafı Fondunun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu gün Kənd Təsərrüfatı Nazirliyində bu qurumla Elmin İnkişafı Fondu arasında əməkdaşlıq protokolu imzalanıb. Protokolu kənd təsərrüfatı naziri Heydər Əsədov və Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev imzalayıb.

Protokolun məqsədi kənd təsərrüfatı sahəsində elmi-tədqiqat proqramlarının, layihələrinin və digər elmi tədbirlərin qrant şəklində ünvanlı maliyyələşdirilməsinə, alimlərin, o cümlədən gənc tədqiqatçı və mütəxəssislərin aqrar elmlər sahəsində elmi fəaliyyətinin stimullaşdırılmasına birgə dəstək göstərilməsi və müvafiq tədbirlərin həyata keçirilməsidir.

İmzalanma mərasimində çıxış edən nazir H.Əsədov ölkədə kənd təsərrüfatı sahəsində aparılan islahatlardan, aqrar tədqiqatların səviyyəsindən, Elmin İnkişafı Fondu ilə əməkdaşlığın perspektivlərindən ətraflı danışıb. Nazir müvafiq qurumların rəhbərlərinə tapşırıq, tövsiyə və təkliflərini verib, aqrar elmi tədqiqatlar sahəsində fəallığın daha da artırılmasının, beynəlxalq əməkdaşlığın gücləndirilməsinin zəruri olduğunu qeyd edib.

Fondun icraçı direktoru E.Babayev isə qeyd edib ki, Azərbaycan hökumətinin davamlı olaraq inkişaf etdirdiyi sahələr arasında kənd təsərrüfatı birincilər sırasında dayanır. Ölkə başçısı ölkənin ərzaq və qida təhlükəsizliyinin təmin olunması, ixrac potensialının artırılması, aqrar sektorun inkişafına xüsusi əhəmiyyət verir. Kənd təsərrüfatına dövlət dəstəyinin həcmi ildən-ilə artır, subsidiyalar verilir, fermerlər lazımı texnika və aşağı faizli kreditlərlə təmin olunur, müxtəlif tədbirlər həyata keçirilir, dövlət proqramları qəbul edilir.

Tərəflər əməkdaşlığın formalarını bir daha müzakirə edib, yaxın dövr üçün birgə fəaliyyət proqramını razılaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti