...

Milli Depozit Mərkəzinin Müşahidə Şurasının yeni tərkibi seçilib

İqtisadiyyat Materials 13 Mart 2018 09:35 (UTC +04:00)
MDM-in Müşahidə Şurasının iclası keçirilib və yeni üzvlərdən ibarət tam tərkibi seçilib.
Milli Depozit Mərkəzinin Müşahidə Şurasının yeni tərkibi seçilib

Bakı. Trend:

Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasının (MŞ) növbədənkənar iclası keçirilib.

Trend-in qurumun saytına istinadən məlumatına görə, iclasda MŞ-nın yeni üzvlərdən ibarət tərkibi formalaşdırılıb.

Belə ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə bazarlarına nəzarət Departamentinin direktoru Cavid Nəzərov MŞ-ya sədr, palatanın digər əməkdaşı Məhəmməd Həsənli, eləcə də “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin direktor müavini Orxan Bağırov, “Xalq Kapital İnvestisiya Şirkəti” QSC-nin direktoru Tural Bayramov və “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin direktoru Bəhruz Nağıyev isə MŞ-nın üzvləri seçiliblər.

İclasda MDM-in cari və qarşıda duran məsələləri də müzakirə edilib, “Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin və “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin tələblərinə uyğun olaraq qiymətli kağızlar bazarının dərinləşməsi, xarici depozitarlara inteqrasiyası üçün hüquqi və texniki məsələlərin həllinin sürətləndirilməsi və s. əsas istiqamətlər müəyyənləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti