...

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

İqtisadiyyat Materials 19 Mart 2018 09:08 (UTC +04:00)
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Bakı. Trend:

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

Trend həmin məlumatı təqdim edir:

EUR

Dünya birjalarında EUR/USD məzənnəsi keçən həftə ərzində 1.2260$-a kimi ucuzlaşıb və qiymət 1.2300$-ın altında qaldıqca, 1.2240$ və 1.2198$-a kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır.

Bununla yanaşı, bu həftənin çərşənbə axşamı Bakı vaxtı ilə saat 14:00-da açıqlanacaq Avropa iqtisadiyyatı fonunda gözləntilər (“ZEW” indeksi) və cümə axşamı saat 13:00-da Avropanın xidmət və sənaye sektorları ilə bağlı biznes mühiti indeksi də investorlar tərəfindən böyük maraqla gözlənilir.

GBP

GBP/USD məzənnəsi isə keçən həftə ərzində 1.3888$-a kimi ucuzlaşdıqdan sonra cümə günü 1.3927$-a kimi bahalaşıb. Lakin burada da təhlillərə əsasən, qiymət 1.3954$-ın altında qaldıqca, 1.3888$-ın yenidən aşağı istiqamətdə qırılması ilə eniş dalğası 1.3819$-a kimi sürətlənə bilər.

Çərşənbə axşamı saat 13:30-da İngiltərədə dərc ediləcək inflyasiya ilə bağlı önəmli statistik məlumatlar da diqqət mərkəzində saxlanılmalıdır.

TRY

Türkiyə bazarlarında USD/TRY məzənnəsi 3.93TL-ə kimi bahalaşıb və 3.96TL-ə kimi də bahalaşa bilər. Qeyd etmək lazımdır ki, dünya birjalarında keçən həftə ərzində dollarda bahalaşma, işsizlik səviyyəsinin 0.1% və büdcə xərclərinin artması, özünü Türkiyə maliyyə bazarlarında da göstərib.

OIL

Enerji bazarlarında isə neft qiymətlərinə müsbət tendensiya müşahidə edilməkdədir. Belə ki, Avropanın Brent neftinin bir barel qiyməti 66.55$-a kimi dəyər qazanıb və qiymət 64.90$-ın üzərində qaldıqca, 67.24$-a kimi də dəyər qazana bilər.

GOLD

Lakin əlvan metallar bazarlarında qızılın bir unsiyası üzrə qiyməti 1309$-a (42.0 $/qram) kimi ucuzlaşıb və 1301$ (41.7 $/qram) və 1294$-a (41.5 $/qram) kimi də dəyər itirə biləcəyi proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti