...

Buzovnada keçmiş kolxoz və sovxozlar tərəfindən verilən torpaq sahələri sənədləşdirilib (FOTO)

İqtisadiyyat Materials 25 Aprel 2018 14:36 (UTC +04:00)
Əmlak Məsələləri Dövlət Komitəsi kolxoz və sovxoz tərəfindən ayrılmış torpaq sahələrinin sənədləşdirilməsinə dair “Kütləvi çıxarış” kampaniyası keçirib.
Buzovnada keçmiş kolxoz və sovxozlar tərəfindən verilən torpaq sahələri sənədləşdirilib (FOTO)

Bakı. Trend:

Əmlak Məsələləri Dövlət Komitəsi kolxoz və sovxoz tərəfindən ayrılmış torpaq sahələrinin sənədləşdirilməsinə dair “Kütləvi çıxarış” kampaniyası keçirib.

Komitədən Trend-ə verilən məlumata görə, Buzovna qəsəbəsində 100-ə yaxın sakinə komitənin mobil ofislərində, birbaşa onların ünvanlarında rahat və çevik şəkildə çıxarışlar paylanıb. Vətəndaşların mülkiyyət hüququnun tanınmasını təsdiq edən çıxarışlar keçmiş kolxoz və sovxozlar tərəfindən müvafiq əmrlərlə verilmiş yaşayış və bağ evlərinin tikintisinə dair həyətyanı torpaq sahələrinə aid olub. Bura həmçinin, kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarları da daxildir. Eyni zamanda, sovxozların yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisələrinin rəhbərlərinin əmrləri də aiddir.

Bundan əlavə, kolxoz və sovxozların verdiyi belə sənədləri olan 100-ə yaxın vətəndaşlardan da ilkin sənədlər yerindəcə qəbul edilib.

Kampaniya zamanı müraciət edən və sənədlərində hər hansı çatışmazlıq olan 30-a yaxın sakinə birbaşa yerlərdə hüquqi xidmət göstərilib. Bundan başqa, bütün hallarda vətəndaşlara əmlakın qeydiyyatının faydaları, üstünlükləri, rahatlıqları barədə məlumatlar verilib. Həmçinin kampaniya çərçivəsində komitənin əməkdaşları elektron çıxarışdan bəhs ediblər. Qeyd edilib ki, bu yeniliyin tətbiqi də prosesin tam olaraq avtomatlaşdırılması imkanlarını genişləndirib. Belə ki, artıq elektron çıxarışı olan vətəndaşlar əmlaklarına dair hüquqi və iqtisadi əməliyyatlar apararkən müvafiq qurumlara kağız formasında sənəd təqdim etməsinə ehtiyac qalmır. Alqı-satqı, ipoteka, girov əməliyyatları aparılarkən tələb olunan arayışlar müvafiq qurumlara komitə tərəfindən onlayn rejimdə təqdim edilir və sənədlər elektron qaydada ərazi qeydiyyat ofislərinə ötürülür. Çıxarışlar isə vətəndaşın istəyinə uyğun olaraq kağız formada təqdim olunur və ya elektron hökumət portalında yaradılan onun şəxsi kabinetində yerləşdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti