...

Gömrük orqanlarına xidmətə yeni qəbul olunmuş əməkdaşların andiçmə mərasimi keçirilib (FOTO)

İqtisadiyyat Materials 10 May 2018 14:16 (UTC +04:00)
Dövlət Gömrük Komitəsinin inzibati binasının qarşısında gömrük orqanlarına xidmətə yeni qəbul olunmuş əməkdaşların andiçmə mərasimi keçirilib.
Gömrük orqanlarına xidmətə yeni qəbul olunmuş əməkdaşların andiçmə mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

Mayın 10-da xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü tədbirləri çərçivəsində Dövlət Gömrük Komitəsinin inzibati binasının qarşısında gömrük orqanlarına xidmətə yeni qəbul olunmuş əməkdaşların andiçmə mərasimi keçirilib.

Trend-in məlumatına görə, tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin məzarı önünə tər güllər düzüb, xatirəsini anıblar.

Sonra Dövlət Gömrük Komitəsinin inzibati binasının qarşısında gömrük orqanlarına xidmətə yeni qəbul olunmuş əməkdaşların andiçmə mərasimi keçirilib.

Mərasimdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin doğum günündə keçirilən gömrükçü andının əhəmiyyətinə toxunub, gömrükçülərin üzərinə mühüm vəzifələr düşdüyünü bildirib. Komitə sədri vurğulayıb ki, gömrükçülər Heydər Əliyev siyasətinə, dövlətçiliyimizə sadiq olduqlarını sübut etməklə, Azərbaycanın iqtisadi təhlükəsizliyini qorumaq üçün and içirlər.

Səfər Mehdiyev müstəqil Azərbaycan gömrük xidmətinin keçdiyi inkişaf yoluna nəzər salaraq, gömrük sistemində baş verən böyük uğurların məhz ulu öndərin bu sahəyə diqqət və qayğısı nəticəsində mümkün olduğunu qeyd edib. Bu gün Heydər Əliyev siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini vurğulayan DGK sədri gənc gömrük əməkdaşlarına tövsiyələrini verib, onları ilk növbədə vicdanlı olmağa, öz vətənini dərindən sevməyə, ölkə qanunlarına riayət etməyə, Heydər Əliyev amallarına sadiq qalmağa səsləyib.

Sonra bir qrup gömrük əməkdaşı gömrükçü andı içib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti