...

Kriptovalyuta bazarında QİYMƏTLƏR "öldü"

İqtisadiyyat Materials 12 May 2018 00:13 (UTC +04:00)
Dünyanın ən populyar kriptovalyutası olan bitkoin ucuzlaşıb
Kriptovalyuta bazarında QİYMƏTLƏR "öldü"

Bakı. Trend:

Dünyanın ən populyar kriptovalyutası olan bitkoin ucuzlaşıb.

Trend-in məlumatına görə, bitkoin son bir neçə həftə ərzində ilk dəfə 9 min dollar həddindən aşağı düşüb.

Belə ki, "CoinMarketCap" portalının məlumatlarına əsasən, bitkoinin qiyməti 3,79% ucuzlaşaraq 8993 dollar təşkil edib.

Alternativ kriptovalyutaların qiymətində də azalma qeydə alınıb. Belə ki, "Ethereum" 3,49% və ya 735,29 dollaradək, "Ripple" 5,56% (0,758 dollara qədər), "Bitcoin Cash" isə 6,71% (1543 dollaradək) ucuzlaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 418,05 milyard dollar təşkil edir və bunun 36,6 faizi bitkoinin payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti