...

“Azərbaycan Hava Yolları” Bakıdan Daşkəndə birbaşa reys açır

İqtisadiyyat Materials 4 İyun 2018 14:37 (UTC +04:00)
2018-ci il iyunun 30-dan etibarən “Azərbaycan Hava Yolları” (AZAL) Bakıdan Özbəkistanın paytaxtı Daşkəndə birbaşa reys açır.
“Azərbaycan Hava Yolları” Bakıdan Daşkəndə birbaşa reys açır

Bakı. Trend:

2018-ci il iyunun 30-dan etibarən “Azərbaycan Hava Yolları” (AZAL) Bakıdan Özbəkistanın paytaxtı Daşkəndə birbaşa reys açır.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, uçuşlar həftədə bir dəfə (şənbə günləri), avqustun 1-dən isə həftədə iki dəfə (çərşənbə və şənbə günləri) yerinə yetiriləcək.

Özbəkistanın paytaxtı zümrüd rəngli parklar, bağlar, bağçalar, büllur fəvvarələrdən ibarət nəhəng meqapolisdir.

Daşkənd dünyanın bir çox paytaxtlarına xas olan müasir zərifliyi təcəssüm etdirməklə yanaşı, şərq şəhəri kimi təkrarolunmaz koloritə malikdir. Burada sanki qədim şərq nağıllarından peyda olan orta əsrlərə aid tikililər və zərif Avropa memarlığı çox gözəl uzlaşır.

Aviabiletləri AZAL-ın kassalarında, rəsmi agentliklərində və şirkətin www.azal.az saytında bronlaşdırmaq və əldə etmək mümkündür.

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:

(+99412) 598-88-80 (Azərbaycandan zənglər üçün qısa nömrə: *8880)

E-mail: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti