...

Ağcabədidə aqropark yaradılır

İqtisadiyyat Materials 14 İyun 2018 17:17 (UTC +04:00)
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maarifləndirilməsi və investisiya layihələrinin maliyyələşdirilməsi tədbirlərini davam etdirir.
Ağcabədidə aqropark yaradılır

Bakı. Trend:

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maarifləndirilməsi və investisiya layihələrinin maliyyələşdirilməsi tədbirlərini davam etdirir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, iyunun 14-də bu istiqamətdə növbəti tədbir Ağcabədi rayonunda keçirilib.

Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forumda Ağcabədi rayonunun iqtisadi potensialına uyğun olaraq prioritet hesab edilən tərəvəzçilik, cins heyvandarlıq, intensiv bağçılıq və iri fermer təsərrüfatlarının, “ixtisaslaşdırılmış yaşıl market”in, meyvə-tərəvəz emalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru vəzifəsini icra edən Arif Vəliməmmədov Fondun fəaliyyəti, Ağcabədidə verilmiş güzəştli kreditlər hesabına həyata keçirilən layihələr barədə məlumat verib. Bildirilib ki, indiyədək Ağcabədidən olan 1412 sahibkara 72,6 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, istixana, quşçuluq təsərrüfatlarının, heyvandarlıq kompleksinin, yem dəyirmanının yaradılması üzrə investisiya layihələri maliyyələşdirilib.

İşgüzar forum çərçivəsində Aran iqtisadi rayonunda fəaliyyət göstərən 36 sahibkara 776,6 min manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq, pambıqçılıq, süd emalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 60-dan çox yeni iş yerinin açılması imkanı yaradacaq. Ümumilikdə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla, Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 13800-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 570,3 milyon manat güzəştli kredit verilib.

Tədbir çərçivəsində Ağcabədidə güzəştli kredit ayrılan və 5000 ha sahədə yaradılan aqroparkda aparılan işlərə baxış keçirilib. Aqroparkda 1215 ha sahədə müasir suvarma sistemi qurulub, 1000 hektardan çox sahədə soya əkilib. Burada bitki yağlarının istehsalı zavodunun yaradılması da nəzərdə tutulur. Aqroparkın bu ilin sonunda istifadəyə verilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti