...

Lənkəranda turizmin inkişafına təkan verəcək yolun yenidən qurulması başa çatır (FOTO/VİDEO)

İqtisadiyyat Materials 17 Avqust 2018 10:40 (UTC +04:00)
Lənkəranda turizmin inkişafına təkan verəcək yolun yenidən qurulması yekunlaşır.
Lənkəranda turizmin inkişafına təkan verəcək yolun yenidən qurulması başa çatır (FOTO/VİDEO)

Bakı. Trend:

Lənkəranda turizmin inkişafına təkan verəcək yolun yenidən qurulması yekunlaşır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, bu il rayonda uzunluğu 22 km olan avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması bitmək üzrədir. Bu başlanğıcını M3 Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolundan götürən yerli əhəmiyyətli Hirkan-Daştatük-Biləsər avtomobil yoludur.

Hirkan-Daştatük-Biləsər avtomobil yolunun bir neçə nöqtəsində sürüşmə əraziləri mövcud olduğu üçün burda yol yatağının əlavə bərkidilməsi işləri görülüb.

Tikinti işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yollar boyu 56 ədəd yol nişanı, 20 ədəd km göstəricisi quraşdırılacaq, mövcud avtomobil körpülərinin məhəccərləri yeniləri ilə əvəz olunacaq, 30 km uzunluğunda yolcizgi və yolgöstərici xətlər çəkiləcək.

Qeyd edək ki, Hirkan-Daştatük-Biləsər avtomobil yolunun yenidən qurulması ilə 7.5 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsinin nəqliyyat əlaqəsi yaxşılaşacaq, vətəndaşlar rayon mərkəzinə və M3 Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə etməklə, yük və sərnişin daşıması asanlaşacaq. Bundan başqa, yolun keçdiyi ərazilər boyu vətəndaşların sosial rifah halına müsbət təsir göstərən turizmin inişafı və yeni turizm marşrutlarının yaranması da hədəflənir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti