...

Çexiyalı nazir: Azərbaycanla birgə müəssisələr yaratmaqda maraqlıyıq (YENİLƏNİB)

İqtisadiyyat Materials 12 Sentyabr 2018 15:09 (UTC +04:00)
Çexiya Azərbaycanla birgə müəssisələrin yaradılmasında maraqlıdır.
Çexiyalı nazir: Azərbaycanla birgə müəssisələr yaratmaqda maraqlıyıq (YENİLƏNİB)

İlk xəbər saat 13:35-də yayımlanıb

Bakı. Ənvər Məmmədov - Trend:

Çexiya Azərbaycanla birgə müəssisələrin yaradılmasında maraqlıdır.

Trend-in məlumatına görə, bunu Çexiyanın sənaye və ticarət naziri Marta Novakova Bakıda keçirilən Azərbaycan-Çexiya biznes forumunda deyib.

Çexiyalı nazirin sözlərinə görə, ölkə sahibkarları üçün Azərbaycanın əczaçılıq və neft-kimya sənayesi daha çox maraq doğurur. Nazirin sözlərinə görə, bundan başqa, dəmiryolu vaqonlarının istehsalı üzrə birgə müəssisə yaradılması da mümkündür.

O deyib: "Çexiya dəmiryolu vaqonlarının istehsalında yaxşı təcrübəyə malikdir. Ona görə dəmiryolu vaqonlarının birgə istehsalı məsələsini öyrənirik".

M.Novakova vurğulayıb ki, Azərbaycan bazarı Çexiya şirkətləri üçün cəlbedicidir:

"Azərbaycan bizim etibarlı tərəfdaşımızdır. Bizim aramızda nə siyasi, nə iqtisadi məsələlərdə problem var. Biz tikinti, nəqliyyat, energetika, əczaçılıq sahələrindəki təcrübəmizlə bölüşməyə hazırıq. Neft-kimya sahəsində də birgə müəssisə yaratmaq imkanı var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti