...

Bibiheybət Gəmi Təmiri Zavodunda daha bir gəmi əsaslı təmir olunub (FOTO)

İqtisadiyyat Materials 18 Sentyabr 2018 13:27 (UTC +04:00)
Bibiheybət Gəmi Təmiri Zavodunda daha bir gəminin əsaslı təmiri başa çatıb.
Bibiheybət Gəmi Təmiri Zavodunda daha bir gəmi əsaslı təmir olunub (FOTO)

Bakı. Trend:

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasının balansında olan “Nerça” təchizat-yedək gəmisi “Bibiheybət” Gəmi Təmiri Zavodunda əsaslı təmir olunub.

QSC-dən Trend-ə verilən məlumata görə, proses zamanı gəminin baş və köməkçi mühərrikləri, nasosları, boru sistemləri təmir edilib. Bundan başqa, heyətin yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxanalar yenilənib.

Bununla belə, gəmi tərsanəyə qaldırılaraq hərəkət-sükan kompleksinin, dib-yan armaturlarının, protektor qurğularının təmiri, onun üzməsinə təhlükə yaradan gövdənin sualtı və suüstü hissəsində zədələnmiş sahələrin dəyişdirilməsi işləri yerinə yetirilib. Həmçinin sualtı və suüstü hissələri təmizlənərək rənglənib.

Gəminin mexanizm və elektrik avadanlıqlarının təmiri başa çatdıqdan sonra onun dəniz sınağı həyata keçirilib. Sınaq uğurla başa çatdırılıb.

“Nerça” gəmisi Gəmiçiliyin digər təchizat gəmiləri kimi dənizdəki neft-qaz layihələrinin təminatında – neft-qazçıxarma obyektlərinin təchizatında, bilavasitə ağır konstruksiyaların, qazma qurğuların yedəklənməsində, lövbərlərin daşınmasında iştirak edəcək. Uzunluğu 67, 23, eni 13.89 metr olan gəmi “Wartsila” firmasının istehsalı olan 2 ədəd 12V22 tipli, 2х2420 at gücünə malik mühərriklə təchiz edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti