Bakı. Trend:
Saatlı rayonunun Məzrəli kəndinə təbii qaz verilib.
“Azəriqaz” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, ümumilikdə 223 fərdi evdən ibarət kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 16.221 metr müxtəlif diametrli metal borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Hazırda Saatlı rayonunun Azadkənd kəndində tikinti quraşdırma işləri davam etdirilir. Tezliklə tikintisi başa çatdırılaraq təbii qazın verilişi təmin ediləcək.