...

Ümumdünya Ərzaq Gününə həsr olunan tədbir keçirilib (FOTO)

İqtisadiyyat Materials 17 Oktyabr 2018 16:43 (UTC +04:00)
Bakı Konqres Mərkəzində IDEA İctimai Birliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) birgə təşkilatçılığı ilə Ümumdünya Ərzaq Gününə həsr olunan tədbir keçirilib.
Ümumdünya Ərzaq Gününə həsr olunan tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Oktyabrın 16-da Bakı Konqres Mərkəzində IDEA İctimai Birliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) birgə təşkilatçılığı ilə Ümumdünya Ərzaq Gününə həsr olunan tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbir bu il Ümumdünya Ərzaq Günü "Addımlarımız gələcəyimizdir. 2030-cu ilə qədər dünyada "Sıfır aclıq" mümkündür" (Our Actions are our Future. A #ZeroHunger world by 2030 is possible) mövzusuna həsr edilib.

Əvvəlcə tədbirin qonaqları Bakı Konqres Mərkəzində təşkil edilən #MənimAddımlarım (#MyActions) mövzusunda fotoşəkillərdən, həmçinin təşkilatçılar tərəfindən təqdim edilən nəşrlər və bukletlərdən ibarət sərgi ilə tanış olub. Tədbir çərçivəsində təşkil edilən sərgiyə Masallı, Ağdam, Lənkəran, İsmayıllı və Balakən rayonlarından olan qadınlardan ibarət Qadın İnkişaf Qruplarının nümayəndələri də öz əl işləri ilə qoşulublar. Qeyd edək ki, sözügedən qruplar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən icra edilən, Azərbaycan hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi Azərbaycan İkinci Kənd İnvestisiya layihəsi çərçivəsində yaradılıb. Bu cür qrupların yaradılmasında əsas məqsəd kəndlərdə biznesin qurulması, inkişafı, idarə edilməsi və genişləndirilməsi yolu ilə əhalinin rifahının yaxşılaşdırılmasıdır.

Tədbir IDEA və FAO-nun birgə əməkdaşlığı çərçivəsində hazırlanan qida tullantılarına (12 nömrəli Dayanıqlı İnkişaf Məqsədi - Dayanıqlı istehlak və istehsal modellərini təmin etmək) həsr olunmuş qısa filmin nümayişi ilə başlayıb.

Sonra qonaqlara FAO-nun baş direktoru Joze Qratsiano da Silvanın Ümumdünya Ərzaq Gününə dair videomüraciəti nümayiş olunub.

Tədbirdə Kənd Təsərrüfatı naziri İnam Kərimov, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak və AQTA-nın sədri Qoşqar Təhməzli çıxış edib.

Tədbir “Davamlı kənd təsərrüfatı və kənd yerlərinin inkişafına dəstək” mövzusunda panel müzakirələri və aqrobiznesdə fermerlərin uğur hekayələri haqqında videoçarxlarla davam edib.

FAO-nun 1945-ci ildə yaranması günü olan 16 oktyabr tarixi Ümumdünya Ərzaq Günü kimi dünyanın 150-dən çox ölkəsində qeyd edilir. Bu günə həsr edilən tədbirlərin əsas məqsədi dünyada aclıq və yoxsulluq problemləri haqqında

Məqalədə:
Xəbər lenti

Xəbər lenti