...

Azərbaycanda icbari tibbi sığorta sisteminin maliyyələşəcəyi MƏNBƏLƏR açıqlandı

İqtisadiyyat Materials 6 Noyabr 2018 17:41 (UTC +04:00)
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən icbari tibbi sığortanın ölkə üzrə tətbiqi ilə bağlı Yol Xəritəsi hazırlanıb.
Azərbaycanda icbari tibbi sığorta sisteminin maliyyələşəcəyi MƏNBƏLƏR açıqlandı

Bakı. İlhamə İsabalayeva - Trend:

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən icbari tibbi sığortanın ölkə üzrə tətbiqi ilə bağlı yol xəritəsi hazırlanıb.

Agentlikdən Trend-in sorğusuna cavab olaraq, bildirilib ki, hazırda yol xəritəsi müvafiq qurumlarla razılaşdırılma mərhələsindədir. Növbəti ildə yol xəritəsində dövlət tibb müəssisələrinin icbari tibbi sığortanın prinsiplərinə əsasən hazırlanması və səhiyyə sisteminin icbari tibbi sığortaya tam inteqrasiyası nəzərdə tutulub:

"Yol xəritəsində maliyyə dayanıqlığının təmin edilməsi üçün icbari tibbi sığortanın müxtəlif mənbələrdən maliyyələşdirilməsi nəzərdə tutulur. Bu maliyyə mənbələrinə dövlət büdcəsi, əhalidən toplanan sığorta haqları və alternativ maliyyə mənbələri aiddir. Növbəti il üçün dövlət büdcəsində icbari tibbi sığorta üçün nəzərdə tutulan vəsait alternativ maliyyə mənbələrinə aiddir və yol xəritəsinin tələblərindən irəli gələn məsələlərin icrası üçün rezerv (ehtiyat) vəsaitdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti