...

İstanbulun yeni hava limanından Bakıya ilk reysini edən təyyarə eniş edib

İqtisadiyyat Materials 8 Noyabr 2018 14:12 (UTC +04:00)
İstanbulun yeni hava limanından Bakıya ilk reysini edən "Türk Hava Yolları"nın təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.
İstanbulun yeni hava limanından Bakıya ilk reysini edən təyyarə eniş edib

Bakı. Ceyhun Ələkbərov - Trend:

İstanbulun yeni hava limanından Bakıya ilk reysini edən "Türk Hava Yolları"nın təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.

Trend-in məlumatına görə, yerli vaxtla 09:30-da havaya qalxan təyyarə 13:25-də Bakıya enib.

Qeyd edək, İstanbulun 3-cü hava limanı oktyabrın 29-da açılıb.

Cari il dekabrın 31-i yerli vaxtla saat 00:00-dan İstanbulun Atatürk hava limanından bütün uçuşlar dayandırılacaq və həmin vaxtdan bütün yük və sərnişin daşımaları yeni aeroportdan həyata keçiriləcək.

Xatırladaq ki, İstanbulun üçüncü hava limanı şəhərin şimal hissəsində, Terkos gölü yaxınlığında inşa olunub.

Bundan əvvəl Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən Trend-ə bildirilmişdi ki, aeroportun tikintisinə 10 milyard türk lirəsi xərclənib.

İstanbulun yeni hava limanından Bakıya (gediş-dönüş) biletin qiyməti 99 ABŞ dolları təşkil edir. Biletlərin satışına artıq başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti