Azərbaycan məhsulları Çinin iri market şəbəkələrində satışdadır (FOTO)

Azərbaycan məhsulları Çinin iri market şəbəkələrində satışdadır (FOTO)

Bakı. Trend:

İqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Çinin “Greenland” şirkətinin prezidenti Can Yulianq ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, Ş.Mustafayev Azərbaycan-Çin əlaqələrinin inkişaf etdiyini, ölkəmizdə 100-dən çox Çin sərmayəli şirkətin fəaliyyət göstərdiyini, qarşılıqlı investisiya qoyuluşlarının həyata keçirildiyini vurğulayıb, ölkəmizdə biznes və investisiya mühiti, sahibkarlığın inkişafı, bu sahədə aparılan islahatlar və özəl sektora dəstək mexanizmləri barədə məlumat verib, “Doing Business 2019” hesabatında Azərbaycanın mövqeyinin ciddi şəkildə yüksəldiyini vurğulayıb. Görüşdə “Greenland” şirkətinin fəaliyyətinə dair təqdimat keçirilib və qeyd olunub ki, şirkətin fəaliyyəti daşınmaz əmlak, tikinti, beynəlxalq ticarət, maliyyə, otellər, supermarketlər və s. kimi xidmət sahələrini əhatə edir.

Tərəflər “Greenland”lə otelçilik, turizm, xəstəxanaların idarə olunması və digər sahələrdə əməkdaşlığa, şirkətə məxsus "G-super" marketlər şəbəkəsində Azərbaycan məhsullarının satışına dair müzakirələr aparıb, şirkətin ölkəmizdə həyata keçirilən investisiya layihələrində iştirak edə biləcəyi diqqətə çatdırılıb.

Görüş çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və “Greenland Zhongxuan” Beynəlxalq Ticarət Şirkəti arasında iqtisadi və ticarət əməkdaşlığının inkişafına dair Anlaşma Memorandumu, AZPROMO və Çinin “Shanghai Jizhi Investment Management” şirkəti arasında “Greenland Global” Ticarət Mərkəzində sərgi pavilyonunun icarəsinə dair Müqavilə imzalanıb. Görüşdə həmçinin, “Azersun Holdinq” şirkəti və “Greenland Zhongxuan” Beynəlxalq Ticarət Şirkəti arasında 2 mln. ABŞ dolları dəyərində, “Şərq Ulduzu” şirkəti və “Greenland Zhongxuan” arasında 1 mln. ABŞ dolları dəyərində məhsulların Çinə ixracına dair niyyət memorandumları imzalanıb.

Görüşdə Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC sədri Rauf Vəliyev, Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Rüfət Rüstəmzadə, "Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC İdarə Heyəti sədrinin müavini Elşən Əsədov, Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı, AZPROMO-nun prezidenti vəzifələrini icra edən Yusif Abdullayev, Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu iştirak ediblər.

Sonra Azərbaycan nümayəndə heyəti “Greenland” şirkətinin “G-hub Ticarət Mərkəzi”ndə Azərbaycan pavilyonunun açılışında iştirak edib. Qeyd edək ki, “G-hub Ticarət Mərkəzi”ndə Azərbaycan istehsalı olan müxtəlif məhsulların – şərab və spirtli içkilərin, qida məhsullarının və s. “Made in Azerbaijan” brendi ilə satışı həyata keçiriləcək. Məlumat üçün bildirək ki, noyabrın 7-dən etibarən Azərbaycan məhsullarının Çinin “DİG” marketlər şəbəkəsində də satışına başlanılıb.

Azərbaycan nümayəndə heyəti həmin gün Şanxayda keçirilən “Qlobal ticarət və beynəlxalq logistika” Forumunda iştirak edib. Tədbirdə çıxış edən Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev vurğulayıb ki, 2013-cü ildə Çin Xalq Respublikasının sədri Si Cinpin tərəfindən irəli sürülmüş “Kəmər və yol” strategiyası qlobal miqyası və iqtisadi əhatəsi baxımından mühüm əhəmiyyətə malikdir. Azərbaycan “Kəmər və yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdəndir. Qeyd edilib ki, Avrasiya ölkələri arasında iqtisadi-ticarət əlaqələrinin intensivləşməsi beynəlxalq yük daşımalarının artmasını təmin edir. Avrasiya regionunda ticarətin davamlı inkişafının əsas şərtlərindən biri səmərəli nəqliyyat əlaqələrinin həyata keçirilməsidir və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı bu məsələdə xüsusilə önəmlidir. Bu baxımdan, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi mühüm əhəmiyyət kəsb edir. Bu ilin əvvəlində Pekində və Sianda Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinə dair təqdimatların keçirildiyini xatırladan Şahin Mustafayev diqqətə çatdırıb ki, tədbir iştirakçıları tərəfindən bu dəhlizin “Kəmər və yol” təşəbbüsünün həyata keçirilməsi və Avrasiya regionunda beynəlxalq ticarətin inkişafı üçün önəmi qeyd edilib. İqtisadiyyat naziri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin üstünlükləri barədə Forum iştirakçılarını məlumatlandırıb, yüklərin Çindən Avropaya və əks istiqamətdə daşınması üçün Azərbaycanın geniş tranzit imkanlarına malik olduğunu vurğulayıb. Bildirilib ki, dəhlizin əhatə etdiyi ölkələrdə infrastrukturun yaxşılaşdırılmasına irihəcmli investisiyalar yatırılıb, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi təhlükəsiz, məsafə və vaxt baxımından qısadır, regional əməkdaşlıq layihəsidir və iştirakçı ölkələrin iqtisadi maraqlarına uyğundur.

“Qlobal ticarət və beynəlxalq logistika” Forumu təqdimat və müzakirələrlə başa çatıb.

Azərbaycan şahmatçıları FİDE rəhbərliyindən Teymur Rəcəbovu iştirakçılar sırasında qaytarmağı xahiş edib (FOTO)
Azərbaycan şahmatçıları FİDE rəhbərliyindən Teymur Rəcəbovu iştirakçılar sırasında qaytarmağı xahiş edib (FOTO)
AFFA hakimlərə onlayn dərslər keçir
AFFA hakimlərə onlayn dərslər keçir
Olimpiya Oyunlarının təxirə salınmasının vurduğu ziyanın məbləği açıqlanıb
Olimpiya Oyunlarının təxirə salınmasının vurduğu ziyanın məbləği açıqlanıb
Loading Bars
Xəbər lenti
İranda ötən sutka koronavirus daşıyıcılarının sayı 3 mindən çox artıb
Gəncədə əhali COVİD-19 infeksiyası ilə bağlı maarifləndirilir (FOTO)
Azərbaycan şahmatçıları FİDE rəhbərliyindən Teymur Rəcəbovu iştirakçılar sırasında qaytarmağı xahiş edib (FOTO)
ABŞ koronavirusla mübarizə məqsədilə Azərbaycana 1,7 milyon dollar yardım ayırıb
Cəlilabadda karantin rejiminə riayət etməyənlərə xəbərdarlıq edildi (FOTO)
Sabah Bakıda 17 dərəcə isti olacaq
İranda koronavirus diaqnozu testlərinin kütləvi istehsalına başlanılıb
Bakıda qardaşı arvadını qətlə yetirən şəxs saxlanıldı
Çinin dövlət müşaviri: Koronavirusla mübarizədə Azərbaycana yardım göstərməyə hazırıq
Təcridxanaya narkotik keçirmək cəhdlərinin qarşısı alınıb - FOTO
D230 blokunda seysmik tədqiqat proqramı uğurla başa çatıb
Ötən gün 25 cinayətin üstü “isti izlər”lə açılıb
Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən vəsaitlərin məbləği məlum oldu
Türkiyənin yeni nəqliyyat və infrastruktur naziri təyin edilib
Dövlət Təhlükəsizliyi Xidmətinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsini yad ediblər (FOTO)
Şəkiyə giriş-çıxış məhdudlaşdırıldı (FOTO)
Sərdar Cəlaloğlu: Tofiq Yaqublunun davranışı qətiyyən müdafiə oluna bilməz
Gənclər Fondunun əməkdaşları bir aylıq əmək haqqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi
“Azərenerji” strateji əhəmiyyətli müəssisələrdə qabaqlayıcı tədbirlər görür (VİDEO)
Qazaxa giriş-çıxış məhdudlaşdırılıb - RƏSMİ (VİDEO)
İranda koronavirusla əlaqədar ilk səyyar laboratoriya istismara verilib (FOTO)
KOBİA-nın dəstəyi ilə onlayn supermarket yaradıldı
Telekanallar milli filmləri nümayiş etdirəcək
Dənizçilər #evdəqal aksiyasına qoşulublar
İranda koronavirusla mübarizəyə böyük vəsait ayrılıb
SOCAR-ın prezidenti Heydər Əliyev adına Neft Emalı Zavodunda olub (FOTO)
ASAN mərkəzləri xüsusi iş rejimində işləyəcək
Sübut Əsədov: Tofiq Yaqublunun həbsini siyasiləşdirmək yolverilməzdir
Ağacların kəsilməsi ilə bağlı şikayət yerində araşdırılıb
"BakuBus"larda məsafənin gözlənilməsi qaydaları tətbiq edilib (FOTO)
Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 101 illiyi qeyd olunur
“Könüllü DOST”lardan tənha yaşlılara əsl dost dəstəyi (FOTO)
“Beşinci kolon”dan ağaları da üz döndərir - "Politşou" təqdim edir (Videolayihə)
Deputatların koronavirusa görə testlərinin nəticələri açıqlandı
Qazax Sement Zavodu MMC rayondakı bütün tənha yaşlıları bir aylıq ərzaqla təmin edib (FOTO)
Atəşkəs 21 dəfə pozuldu
Bakıda “Mercedes” və “KamАZ” toqquşdu
Bir az daha sərt tədbirlərlə vəziyyəti tam nəzarət altına almaq olar
Çində sutka ərzində 54 nəfər koronavirusa yoluxub
Türk Hava Yolları bütün beynəlxalq uçuşları dayandırdı
Azərbaycan bu il avtomobil ixracına başlayacaq
İordaniyada koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb
Yaponiyanın şimalında 4,9 bal gücündə zəlzələ olub
ÜST: Dünyada 509 mindən çox insan koronavirusa yoluxub
ABŞ-da koronavirusa yoluxma hallarının sayı 100 mini keçib
Fransada koronavirusa yoluxma hallarının sayı 33 minə çatıb
Göyçayda ferma yanıb
Türkiyə beynəlxalq uçuşları tamamilə dayandırdı
Sabirabadda binada yanğın baş verib
Mağazalarda ən çox dezinfeksiya olunmalı sahələr açıqlandı
Türkiyədə koronavirus qurbanlarının sayı 92 nəfərə çatıb
Nazirlik “Böyüklərimizə qayğı ilə!” adlı videoçarx hazırlayıb (VİDEO)
Koronavirusla bağlı Gəncədə maarifləndirmə tədbirləri davam etdirilir (VİDEO)
Koronavirusa yoluxan Fransadakı Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva ilə videobağlantı (VİDEO)
Əlahiddə Ümumqoşun Orduda praktiki atışlar keçirilib (FOTO/VİDEO)
Elşad Hacıyev: Bu məlumatlar həqiqəti əks etdirmir, yalandır
Azərbaycanda xüsusi karantin rejimi gücləndirilib - Operativ Qərargah
DİN: Sosial şəbəkələrdə yayılan məlumatlar yalandır
Ağcabədidə ev yanıb
DYP əhaliyə müraciət etdi
Azərbaycanda koronavirusa yoluxanlar TV-lərə danışdılar (VİDEO)
DİN-də “qaynar xətt” xidməti yaradılıb
Ölkədaxili sərnişin qatarlarının hərəkətinə qoyulan məhdudiyyət uzadıldı
Binə qəsəbəsində 5 evdən oğurluq edənlər saxlanılıb (FOTO)
Azercell azərbaycanlıları koronavirus pandemiyasına qarşı mübarizədə həmrəylik nümayiş etdirməyə çağırıb
Prezidentin çağırışına cavab olaraq Azərbaycan könüllüləri birləşdi
Azərbaycanda 43 yeni koronavirusa yoluxma halı qeydə alınıb - Operativ Qərargah
Xüsusi karantin rejimini pozan 25 iaşə obyektinin sahibi cərimələnib
Masallıda xüsusi karantin rejimi ilə bağlı tətbiq olunan qaydalara ciddi nəzarət edilir (FOTO)
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 000 manat köçürdü
Adil Qəribov “Şöhrət” ordeni ilə təltif edildi
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Rauf Babayevin vəfatı ilə bağlı nekroloq imzalayıblar
Prokurorluq orqanlarında vətəndaş müraciətlərinin elektron qaydada və telefon rabitəsi vasitəsilə qəbulu davam etdirilir
Prezident İlham Əliyev ETSN-in fəaliyyəti ilə bağlı Fərman imzalayıb
Mais Səfərli: Tofiq Yaqublunun həbsində hay-küy qaldırmaqla istintaqa təzyiq etmək olmaz
Bakıda karantin rejimini pozan kafe və restoran sahibləri cəzalandırılıb (FOTO)
Bəzi tibbi ləvazimatların idxalı ƏDV-dən azad olundu - FƏRMAN
Azərbaycan mədəniyyət xadimləri koronavirusla bağlı əhaliyə müraciət etdilər (VİDEO)
Balakən sakinindən 7 kiloqramdan çox marixuana götürülüb
"Azərenerji" ASC #evdəqal videoçarxı yayımladı
Bibiheybətdə yenidən təmir olunan küçələrdə dezinfeksiya işləri aparılır (FOTO)
AZAL koronavirus təhlükəsi ilə mübarizəyə dəstək məqsədilə videoçarx hazırlayıb
Hava limanı istiqamətində ekspress xətt avtobuslarının fəaliyyəti məhdudlaşdırıldı
Rayonlara da giriş-çıxış məhdudlaşdırılıb
İlham Əliyev fenomeni: Zamanında qəbul edilmiş qərarlar Azərbaycanın tərəqqi yolunda inamla irəliləməsini təmin edir
“Azəriqaz” daş karxanalarının sahiblərinə: Təhlükəli qəza şəraiti yaratmayın! (FOTO)
Azərbaycana külli miqdarda siqaretin keçirilməsinin qarşısı alındı (FOTO/VİDEO)
Həftəsonu yağış yağacaq - XƏBƏRDARLIQ
AZAL Azərbaycan vətəndaşları üçün Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərin həyata keçirilməsi QAYDALARINI açıqladı
Fazil Mustafa: Tofiq Yaqublunun həbsinə birmənalı şəkildə hüquq prizmasından yanaşmaq lazımdır
Hafiz Hacıyev: Tofiq Yaqublunun həbsini şişirtmək, ona müxtəlif siyasi don geydirmək doğru deyil
Bakı sakini 5 kiloqram marixuana ilə saxlanıldı
Lənkəran sakinləri narkotik vasitələri satarkən saxlanıldı
İƏT Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin əməkdaşları Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürüb
“Bir” Tələbə-Könüllü proqramının təşəbbüsü ilə onlayn fleşmoba start verilib
Bakı Ağ Şəhərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər gücləndirilib (FOTO)
Milli Məclisin iclası zamanı deputatlar bir-birindən ən azı iki metr aralıda əyləşəcəklər
Fəxrəddin İsmayılov: AŞ PA rəhbərliyi Azərbaycana qarşı zaman-zaman baş qaldıran yanlış yanaşmalara müvafiq korrektələr etməlidir
MTRŞ koronavirusla bağlı yayımçılara müraciət etdi
Psixoloq-konsultant: Qorxmağı dayandırın və özünüzü, yaxınlarınızı sakitləşdirin
Bütün xəbərlər