...

BP-nin vitse prezidenti Bəxtiyar Aslanbəyli BANM-ın MBA tələbələri üçün master-klass keçdi (FOTO)

İqtisadiyyat Materials 23 Noyabr 2018 14:33 (UTC +04:00)
“İdarəçilik idarəçilərdən öyrənilir” şüarı altında fəaliyyət göstərən Bakı Ali Neft Məktəbinin (BANM) Biznesin İdarə olunması (MBA) üzrə Tədris Mərkəzi maraqlı biznes-sessiyalar təşkil edir.
BP-nin vitse prezidenti Bəxtiyar Aslanbəyli BANM-ın MBA tələbələri üçün master-klass keçdi (FOTO)

Bakı. Trend:

“İdarəçilik idarəçilərdən öyrənilir” şüarı altında fəaliyyət göstərən Bakı Ali Neft Məktəbinin (BANM) Biznesin İdarə olunması (MBA) üzrə Tədris Mərkəzi maraqlı biznes-sessiyalar təşkil edir.

BANM-dan Trend-ə verilən məlumata görə, MBA proqramını tələbələrə daha maraqlı etmək üçün dərslərdən başqa, xüsusi günlərdə cəmiyyətdə tanınmış və idarəetmədə xüsusi rolu olan rəhbər şəxslərlə görüş keçirilir.

“Professional Business Talks” (Profesional biznes müzakirələri) adlı sessiyaların əsas məqsədi tələbələrin biznes sektoru üzrə dünyagörüşünü formalaşdırmaq, onların rəhbər şəxslərlə kommunikasiya yaratmasına və fikir mübadiləsi apara bilmələrinə şərait yaratmaqdır. Biznes-sessiyalar tələbələrlə səmimi ortamda, qeyri-formal təhsil olaraq aparılır.

Ali Məktəbin MBA proqramınının “Professional Business Talks” sessiyası üzrə növbəti qonağı BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) regionu üzrə əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli olub. O, tələbələrə “Enerji Geosiyasəti” mövzusunda master-klass keçib və bu sahə üzrə idaretmənin əsas prinsiplərindən danışıb. Vitse-prezident master-klass boyu tələbələri maraqlandıran çoxsaylı sualları cavablandırıb.

Qeyd edək ki, MBA proqramınının “Professionnal Business Talks” sessiyası üzrə ilk qonağı Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov olub. BANM-ın MBA tələbələrinin növbəti biznes-sessiyasının qonağı isə İtaliyanın məşhur "Maire Tecnimont" şirkətinin rəhbəri Cianni Bardazzi olacağı gözlənilir.

BANM-da tədris edilən MBA proqramının müəllimləri də dövlət və özəl sektorlardan olan müəssisə və şirkətlərin rəhbər şəxsləridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti