Bakı. Trend:
Ötən gün bəzi kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsi tərəfindən cari ilin oktyabr ayı üzrə büdcə daxilolmalarının 226 milyon 88 min manat təşkil etdiyi barədə məlumatlar yayılıb.
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, komitənin rəsmi internet səhifəsində büdcə daxilolmaları bölməsində yaranan texniki səbəblərdən rəqəmlərin əks olunduğu cədvəldə yanlışlığa yol verilib.
Qeyd edək ki, 2018-ci ilin oktyabr ayında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar belədir: gömrük rüsumu üzrə 93252.20, ƏDV üzrə 263685.90, aksizlər üzrə 16539.40, yol vergisi üzrə 4644.80, cəmi: 378122.30 milyon manat.
Texniki nasazlıq qısa zaman ərzində aradan qaldırılacaq.