...

İnnovasiya Müsabiqəsinin qalibi olan Bakı Ali Neft Məktəbinin tələbələri təltif olundular

İqtisadiyyat Materials 11 Dekabr 2018 15:02 (UTC +04:00)
Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri qalibi olduqları İkinci Respublika İnnovasiya Müsabiqəsinin təltifetmə mərasimində iştirak ediblər.
İnnovasiya Müsabiqəsinin qalibi olan Bakı Ali Neft Məktəbinin tələbələri təltif olundular

Bakı. Trend:

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri qalibi olduqları İkinci Respublika İnnovasiya Müsabiqəsinin təltifetmə mərasimində iştirak ediblər.

Trend-in məlumatına görə, özlərinin “ThermoNorth” adlı startup layihələrilə qalib gələn tələbələrə iqtisadiyyat naziri Şahin Mustafayev tərəfindən sertifikat və müsabiqənin əsas mükafatı – 5000 AZN məbləğındə pul mükafatı təqdim olunub.

Tədbirdə çıxış edən komanda üzvü Aleksandr Oborovskiy müsabiqənin bütün təşkilatçılarına, xüsusilə İqtisadiyyat Nazirliyinə təşəkkür edib. Daha sonra o “ThermoNorth” startup layihəsinin mahiyyəti və məqsədi haqqında tədbir iştirakçılarına qısa prezentasiya edib, həmçinin layihə üzərində işləyən digər komanda üzvlərini – Ali Məktəbin tələbəri Elmar Əsgərzadə, Hüseyin Əliyev, Yadigar Nəzərov, Murad Rəhimov və onlara layihə işləmələri zamanı rəhbərlik edən BANM-ın dosenti Əmir Rza Vəxşurini iştirakçılara təqdim edib.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Nümayəndəliyi ilə birgə təşkil edilən müsabiqədə ölkənin gənc tədqiqatçılarının 220-yə yaxın layihəsi təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti