...

Yanvarın 1-nə AÇG və "Şahdəniz" yataqları üzrə GƏLİRLƏR açıqlanıb

İqtisadiyyat Materials 9 Yanvar 2019 09:32 (UTC +04:00)
2019-cu il yanvarın 1-nə "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku və "Şahdəniz" yatağı üzrə gəlirlər açıqlanıb.
Yanvarın 1-nə AÇG və "Şahdəniz" yataqları üzrə GƏLİRLƏR açıqlanıb

Bakı. Trend:

2019-cu il yanvarın 1-nə "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku və "Şahdəniz" yatağı üzrə gəlirlər açıqlanıb.

Trend-in məlumatına görə, AÇG üzrə əldə olunan ümumi gəlirlər (2001-ci ildən etibarən) 138 206 mln. dollar təşkil edib.

Ötən ilin yanvarın 1-dən bu ilin yanvarın 1-dək AÇG yatağından 9 720 mln. dollar gəlir əldə olunub. "Şahdəniz" yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər isə 245 mln. dollar olub.

"Şahdəniz" yatağı üzrə qazın satışından əldə olunan ümumi gəlirlər (2007-ci ildən etibarən) 2 506 mln. dollar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti