...

“Azəriqaz” 251 mindən çox istehlakçıya xidmət edib

İqtisadiyyat Materials 9 Yanvar 2019 10:42 (UTC +04:00)
“Azəriqaz” “ASAN Xidmət” vasitəsilə 251 mindən çox istehlakçıya xidmət edib
“Azəriqaz” 251 mindən çox istehlakçıya xidmət edib

Bakı. Trend:

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 2018-ci il ərzində Bakı şəhəri üzrə 1 və 2 saylı “ASAN Kommunal”, 4, 5 saylı “ASAN xidmət” mərkəzlərinə və “Səyyar ASAN” xidmətinə, bundan əlavə Bərdə, Sabirabad, İmişli, Masallı, Qəbələ, Quba, Mingəçevir, Şəki həmçinin Gəncə şəhərində yerləşən “ASAN Xidmət” mərkəzlərinə ümumilikdə 251 542 müraciət daxil olub.

“Azəriqaz” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, bu müraciətlərin icrası tam təmin edilib.

İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə İstehsalat Birliyi bu istiqamətdə fəaliyyətini bundan sonrada davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti