...

"Regionların inkişafı üzrə Dövlət Proqramı"nın icrasının yekunlarına dair konfrans çərçivəsində sahibkarlarla müzakirələr aparılır (FOTO)

İqtisadiyyat Materials 29 Yanvar 2019 13:49 (UTC +04:00)
Bakıda “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfrans keçirilir.
"Regionların inkişafı üzrə Dövlət Proqramı"nın icrasının yekunlarına dair konfrans çərçivəsində sahibkarlarla müzakirələr aparılır (FOTO)

Bakı. Trend:

Bakıda “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfrans keçirilir.

Trend-in məlumatına görə, iqtisadiyyat naziri Şahin Mustafayev konfransda regionların sosial-iqtisadi inkişafı və sahibkarlığın inkişafı istiqamətində görülən işlərdən danışıb.

Dünyada biznes mühitinin qiymətləndirilməsi sahəsində ənənəvi olaraq dərc edilən hesabatlarda Azərbaycanda həyata keçirilən iqtisadi islahatların daim diqqət mərkəzində saxlanıldığını deyən nazir qeyd edib ki, ölkədə sahibkarlığın dəstəklənməsi, startap, mikro iqtisadi sahələr inkişaf etdirilir. Sadələşdirilmiş vergi 4 faizdən 2 faizə enib.

Sonra vergilər naziri müavini Sahib Ələkbərov, kənd təsərrüfatı naziri İnam Kərimov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli sahibkarların suallarını cavablandırdılar.

Konfrans işini müzakirələrlə davam etdirir.

FOTO: Zaur Mustafayev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti