...

Əqli Mülkiyyət Agentliyi il ərzində 568 əsəri qeydiyyatdan keçirib

İqtisadiyyat Materials 11 Fevral 2019 13:51 (UTC +04:00)
Ötən il ərzində 333 müəllifin 568 əsəri qeydiyyatdan keçirilib və əsərin qeydiyyatı haqqında 574 şəhadətnamə verilib
Əqli Mülkiyyət Agentliyi il ərzində 568 əsəri qeydiyyatdan keçirib

Bakı. İlhamə İsabalayeva - Trend:

Ötən il ərzində 333 müəllifin 568 əsəri qeydiyyatdan keçirilib və əsərin qeydiyyatı haqqında 574 şəhadətnamə verilib, o cümlədən "Elektron xidmət" bölməsi vasitəsilə müəlliflərin 21 müraciəti əsasında 16 əsər qeydiyyata alınıb və əsərin qeydiyyatı haqqında 16 şəhadətnamə verilib. Bununla yanaşı, hesabat ilində 15 müqavilə qeydiyyatdan keçirilib.

Trend-in məlumatına görə, bu barədə "İnnovasiyalı inkişaf və iqtisadi islahatlar: əqli mülkiyyətin və texnologiyaların kommersiyalaşdırılmasının rolu" mövzusundaBakıda keçirilən konfransda bildirilib.

Əsərlərin rəsmi qeydiyyatının tətbiq edildiyi 1996-cı ildən 2019-cu il yanvarın 1-dək Agentlikdə bütövlükdə 12 122 əsər və əlaqəli hüquqların obyektləri, o cümlədən "Elektron xidmət" bölməsi vasitəsilə 97 müəllifin 193 əsəri qeydiyyatdan keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti