...

Avstriyadan Azərbaycana gətirilən heyvanlarda dabaq xəstəliyinə qarşı peyvəndləmə aparıldı (FOTO)

İqtisadiyyat Materials 13 Fevral 2019 11:06 (UTC +04:00)

Bakı. Trend:

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) tərəfindən ölkə ərazisində epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DBX-dən Trend-ə verilən məlumata görə, 2019-cu ilin ilk günlərindən başlayaraq bütün ölkədə olduğu kimi, Gəncə şəhərində də heyvanlar arasında profilaktik peyvəndləmə tədbirlərinin və diaqnostik müayinələrin icrasına start verilib.

Dövlət Baytarlıq Xidmətinin Gəncə Şəhər Baytarlıq İdarəsi tərəfindən indiyə kimi şəhərin ayrı-ayrı təsərrüfatlarında 1300 baş iribuynuzlu heyvanda qarayara, 296 baş qapı itində quduzluq, 460 baş quşda (“La-sota” ştammı ilə) nyukasl xəstəliklərinə qarşı profilaktik peyvəndləmə və 11 000 kvadratmetr sahədə profilaktik dezinfeksiya işləri görülüb. Həmçinin 32 baş atda manqo, 294 baş iribuynuzlu heyvanda vərəm, 87 baş iribuynuzlu heyvanda bruselyoz xəstəliklərinə görə diaqnostik müayinə aparılıb və xəstəliklərə yoluxma halı qeydə alınmayıb. Eləcə də bu müddət ərzində Avstriyadan idxal olunan 186 baş simmental cinsindən olan damazlıq düyələrdə dabaq xəstəliyinə qarşı profilaktik peyvəndləmə aparılıb və bruselyoz xəstəliyinin müayinəsi məqsədi ilə qan nümunəsi götürülüb.

Fevralın ayının 10-dan başlayaraq, bütün ölkədə olduğu kimi, Gəncə də iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı (A, O, Asiya-1 tipinə qarşı) peyvəndləmə tədbirinə başlanılıb. Artıq 1300 baş iribuynuzlu heyvanda bu tədbir aparılıb. Tədbirlər davam etdirilir.

Xatırladaq ki, dabaq xəstəliyi də digər iti yoluxucu xəstəliklər kimi, "Baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərinin siyahısı"na daxil edilib.

Gəncə şəhəri ərazisində mövcud olan heyvanlarda bundan sonra da peyvəndləmə tədbirləri davam etdiriləcək. Belə ki, iribuynuzlu heyvanlarda dabaq, nodulyar dermatit, leptespiros, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptespiros xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq.

Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti