...

Kapital Bank STEP IT Academy ilə memorandum imzalayıb

İqtisadiyyat Materials 1 Mart 2019 16:48 (UTC +04:00)
Kapital Bank İT sahəsi üçün mütəxəssislər hazırlayan, beynəlxalq STEP IT Academy ilə tərəfdaşlığı əks etdirən memorandum imzalayıb.
Kapital Bank STEP IT Academy ilə memorandum imzalayıb

Bakı. Trend:

Kapital Bank İT sahəsi üçün mütəxəssislər hazırlayan, beynəlxalq STEP IT Academy ilə tərəfdaşlığı əks etdirən memorandum imzalayıb. Bununla bağlı 27 fevral 2019-cu il tarixində Kapital Bank-ın İnsan Kapitalı Akademiyasında tərəflər arasında tədbir keçirilib.

İmzalanma mərasimində Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini, Baş İnformasiya İnzibatçısı Nahid Zeynalov və STEP IT Academy-nin Bakı nümayəndəliyinin rəhbəri direktoru Oleksii Slieptsov iştirak edib.

Memorandumun əsas məzmunu tərəflər arasındakı qarşılıqlı əməkdaşlığın təmin edilməsidir. Son dövrlər İnformasiya Texnologiyalarının inkişafı ilə əlaqədar olaraq, bu sahəyə marağın artması və işçi ehtiyacının təmin edilməsi üçün, STEP IT Academy tələbələrinin Kapital Bank-da keçiriləcək təcrübə proqramlarına cəlb edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, STEP IT Academy dünyanın 19 ölkəsində 55 filial ilə təmsil olunur və 20 ildir kompüter təhsili sahəsində peşəkar proqramçılar, dizaynerlər və şəbəkə mühəndisləri hazırlayır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 98 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti