...

Nəsimi rayonunda yeni ünvanda Novruz yarmarkası yaradılıb (FOTO)

İqtisadiyyat Materials 5 Mart 2019 13:38 (UTC +04:00)
Hər cür şəraitə malik olan bu yarmarkada respublikamızın müxtəlif bölgələrindən fermerlər, ailə təsərrüfatları əhaliyə geniş çeşiddə kənd təsərrüfatı məhsullarını bazar qiymətlərindən xeyli ucuz təklif edəcəklər.
Nəsimi rayonunda yeni ünvanda Novruz yarmarkası yaradılıb (FOTO)

Bakı. Trend:

Prezident İlham Əliyevin tapşırığı ilə paytaxtda 14 ünvanda və ölkənin bütün şəhər və rayon mərkəzlərində martın 2-dən etibarən hər həftənin şənbə və bazar günləri, martın 16-dan 21-dək isə hər gün Novruz yarmarkaları keçiriləcək. Bununla əlaqədar Prezidenti Administrasiyasının təşkilatçılığı ilə Bakı Şəhər İcra Hakimiyyəti və Kənd Təsərrüfatı Nazirliyi ilə birgə əhalinin tələbatı nəzərə alınaraq Novruz bayramı ərəfəsində paytaxtın bütün rayonlarında kənd təsərrüfatı məhsulları yarmarkaları yaradılıb.

Bakı Şəhər İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, artıq bu gündən etibarən paytaxtın Nəsimi rayonunda yaradılan satış yarmarkası Seyid Cəfər Pişəvari küçəsi 2A, (“Agro Mall”, 3-cü mikrorayon dairəsinin yaxınlığı) ünvanında fəaliyyət göstərəcək.

Hər cür şəraitə malik olan bu yarmarkada respublikamızın müxtəlif bölgələrindən fermerlər, ailə təsərrüfatları əhaliyə geniş çeşiddə kənd təsərrüfatı məhsullarını bazar qiymətlərindən xeyli ucuz təklif edəcəklər.

Burada məhsulların keyfiyyətinə və qiymətlərinə müvafiq qurumlar tərəfindən nəzarət olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti