DGK Avstriya və Belçika təcrübəsini öyrənir (FOTO)

DGK Avstriya və Belçika təcrübəsini öyrənir (FOTO)

Bakı. Trend:

Dövlət Gömrük Komitəsinin (DGK) nümayəndə heyəti Vyana və Brüssel şəhərlərində səfərdə olub.

DGK-nin Trend-ə verilən məlumata görə, Dövlət Gömrük Komitəsinin Böyük Britaniyanın Sərhəd Mühafizəsi Direktoratlığı ilə birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən "Hunter" layihəsi çərçivəsində Komitə sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov, Komitə sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin rəisi Fərid Əliyev və müvafiq şöbələrin rəislərindən ibarət nümayəndə heyəti Avstriyanın Vyana və Belçika Krallığının Brüssel şəhərlərində səfərdə olublar.

Xatırladaq ki, "Hunter" layihəsi çərçivəsində DGK-nin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin və Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi xanım Baronessa Emma Nikolsonun iştirakı ilə bu il fevralın 19-da Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Böyük Britaniyanın Sərhəd Qüvvələri adından çıxış edən Daxili İşlər Departamentinin Dövlət Katibliyi arasında birgə bəyanat imzalanıb.

"Hunter" layihəsinə əsasən beynəlxalq daşımalar zamanı gömrük-sərhədkeçmə prosedurlarının sadələşdirilməsi vasitəsilə həm mallar, həm də şəxslər üzrə məlumat analizi və hədəflərə dair beynəlxalq imkanların yaradılması, effektiv gömrük nəzarətinin genişləndirilməsilə ölkələrin milli maraqlarına zərər verə biləcək şəxslərin və malların qarşısının alınması, həmçinin məlumat analizi bazasının və hədəflənmə imkanlarının inkişaf etdirilməsi ilə aviadaşıyıcılar və oxşar məlumat toplama sistemləri (dəniz, poçt/sürətli bağlamalar və konteynerlər) tərəfindən təmin olunan Sərnişinlərə Dair İlkin Məlumat (API) və Sərnişin Adlarının Qeydiyyatı (PNR) məlumatlarının toplanması daxildir.

DGK-nin nümayəndə heyətinin səfərində əsas məqsəd hədəfləmə və risklərin səmərəli idarəçiliyi sahəsində dünya təcrübəsində mövcud olan ən mötəbər 3 beynəlxalq sistemlə yaxından tanış olmaq və bunların sırasında ən öncül sistemin ölkəmizdə tətbiqi imkanlarını araşdırmaqdan ibarət olub.

Qeyd edilən sistemlər Birləşmiş Millətlər Təşkilatının "Gotravel", Ümumdünya Gömrük Təşkilatının "GTAs" ( Global Travelling Assessment System - Qlobal Səyahət Dəyərləndirilməsi Sistemi) və ABŞ Gömrük və Sərhəd Mühafizəsi Administrasiyasının ATS-G (Automated Targeting System Global - Avtomatlaşdırılmış Qlobal Hədəfləmə Sistemi) sistemləridir.

Səfər çərçivəsində nümayəndə heyəti öncə Birləşmiş Millətlər Təşkilatının Vyanada yerləşən qərargahında olaraq bu təşkilatın texnoloji innovasiyalar proqramlarından məsul mütəxəssislər ilə görüşüb və onlar tərəfindən qlobal sistemlərə dair edilən təqdimatlarla tanış olublar.

Birləşmiş Millətlər Təşkilatının “Strateji həllər” bölməsinin rəhbəri Maurizio Gazzola və digər texniki mütəxəssislər xüsusilə “Gotravel” adlanan sistem barədə ətraflı məlumat təqdim edərək bildiriblər ki, qeyd olunan sistemi Hollandiya yaradıb və əqli mülkiyyət hüququ BMT-yə verilib. Sistemin üzv ölkələr tərəfindən istifadəsi bu ilin aprelindən rəsmi şəkildə təmin ediləcək. Bu sistemin API (Advance Passenger İnformation - Sərnişinlərə dair ilkin məlumat) və PNR (Passenger Name Records - Sərnişin adlarının qeydiyyatı) məlumatlarını bir bazada cəmləşdirərək, məlumatların emal edilməsi ilə vizual risk təhlili yaratması imkanlarını demoversiya əsasında nümayiş etdirən mütəxəssislər beynəlxalq terrorizmə qarşı mübarizədə, hədəflərin müəyyənləşdirilməsində və risklərin səmərəli idarəçiliyi əsasında sərnişinlərin keçidinin sadələşdirilməsində qeyd olunan sistemin verəcəyi faydaları diqqətə çatdırıblar. Sistemin digər əsas üstünlüklərindən biri də “Gotravel” sistemindən istifadə edən ölkələr arasında qarşılıqlı razılaşma əsasında avtomatlaşdırılmış qaydada məlumat mübadiləsi imkanlarının olmasıdır.

DGK-nin səlahiyyətli nümayəndələri Belçikanın paytaxtı Brüssel şəhərində, Ümumdünya Gömrük Təşkilatının qərargahında Asanlaşdırma və Uzlaşdırma Direktoratlığının təhlükəsizlik proqramları üzrə məsul heyətinin üzvləri ilə görüşüblər.

Görüş zamanı ÜGT-nin təhlükəsizliyinin təmin edilməsi sahəsi üzrə texniki mütəxəssisi Jatinder Randhava təqdimatla çıxış edərək ÜGT-nin təhlükəsizlik proqramları olan “Sərnişin nəzarəti”, “Qlobal qalxan”, “Strateji ticarət”, “Kiçik və yüngül silahlar” və “Terrorizmin maliyyələşdirilməsi” kimi proqramları barədə məlumatları diqqətə çatdırıb. Sonra mütəxəssis “Sərnişin nəzarəti - API (Advance Passenger İnformation - Sərnişinlərə dair ilkin məlumat) və PNR (Passenger Name Records - Sərnişin adlarının qeydiyyatı)” proqramı üzrə məlumat verərək bildirib ki, bu proqram üzrə əsas sistemi 2017-ci ildə ABŞ gömrük administrasiyası yaradıb.

GTAS (Qlobal Səyahət Dəyərləndirilməsi Sistemi) adlı həmin sistemin hüquqları Ümumdünya Gömrük Təşkilatına bağışlanıb və sistem müstəqil şəkildə hava daşıyıcılarından daxil olan Api/Pnr məlumatlarını emal edərək, risk indikatorları üzrə əlaqələndirmə prosesini həyata keçirmək imkanına malikdir.

Qeyd olunub ki, sistem hazırda Pakistan, İsvec, Estoniya, Maldiv və Uqanda hökumətləri tərəfindən istifadə edilir, bir sıra ölkələrdə isə hazırlıq mərhələsindədir.

Görüş çərçivəsində Ümumdünya Gömrük Təşkilatının dəvətilə iştirak edən ABŞ Gömrük və Sərhəd Mühafizəsi Administrasiyasının mütəxəssisləri sistemin işləmə qabiliyyəti və mexanizminə dair funksional imkanları demoversiya üzərindən nümayiş etdirərək, proqramın texniki və vizual xüsusiyyətləri barədə bilgi veriblər. Öz növbəsində, DGK-nin nümayəndələri Azərbaycanda qeyd olunan sahə üzrə cari vəziyyət barədə məlumatları mütəxəssislərin diqqətinə çatdırıb və GTAS (Qlobal Səyahət Dəyərləndirilməsi Sistemi) sisteminin ölkəmizdə tətbiqi imkanlarına dair müzakirə aparıblar.

Səfər çərçivəsində növbəti görüş Brüssel şəhərindəki “Hilton” otelində ABŞ Gömrük və Sərhəd Mühafizəsi Administrasiyasının ATS-G (Qlobal Avtomatlaşdırılmış Hədəfləmə Sistemi) sistemi üzrə layihə meneceri Gregory Falcon ilə baş tutub.

Mütəxəssis təqdimat zamanı sistemin API (Advance Passenger İnformation - Sərnişinlərə dair ilkin məlumat) və PNR (Passenger Name Records - Sərnişin adlarının qeydiyyatı) məlumatlarını analiz etmə imkanlarını nümayiş etdirib. Bildirilib ki, bu sistem müxtəlif növ təhlil etmə və ən önəmlisi yalnız daxili qurumlararası deyil, digər ölkələrlə də beynəlxalq səviyyədə məlumat mübadiləsini həyata keçirmək və emal etmək imkanına malikdir. Sistemin hazırda 22 ölkədə tətbiq edildiyi, 20-yə yaxın ölkə ilə isə danışıqlar aparıldığı diqqətə çatdırılıb.

Daha sonra mütəxəssis sistemin daxil olan məlumatlar əsasında necə çalışması, risk profillərinin yaradılması və sorğunun həyata keçirilməsinə dair prosesləri vizual demoversiyasında nümayiş etdirib və sualları cavablandırıb.

Hər üç görüşdə DGK-nin rəhbər nümayəndələri adıçəkilən sistemlərin mövcudluğunun və istifadəsinin önəmi barədə çıxış ediblər. Vurğulanıb ki, beynəlxalq və milli səviyyədə terrorizmin, insan qaçaqmalçılığı, çirkli pulların yuyulması, narkotik vasitələrin qanunsuz dövriyyəsi və bu kimi digər transmilli cinayətlərin qarşısının alınması birgə əməkdaşlıq və öncül sistemlərin tətbiqi vasitəsilə daha səmərəli olacaq.

İtaliyada son sutka ərzində koronavirusdan 344 nəfər ölüb
İtaliyada son sutka ərzində koronavirusdan 344 nəfər ölüb
Myanmada toqquşmalarda ölənlərin sayı 701 nəfərə çatıb
Myanmada toqquşmalarda ölənlərin sayı 701 nəfərə çatıb
Latviya təhsil sahəsində Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır
Latviya təhsil sahəsində Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır
Loading Bars
Xəbər lenti
Türk Şurasının beynəlxalq nüfuzu artır - Azərbaycan türk dünyasının birləşdiricisi kimi...
Mingəçevir Dövlət Universitetində “Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzi” yaradılıb
“Yaşıl Marafon” çərçivəsində Bakı və Tərtərdə daha 1 225 ədəd müxtəlif cinsli ağac əkilib (FOTO)
İtaliyada son sutka ərzində koronavirusdan 344 nəfər ölüb
Myanmada toqquşmalarda ölənlərin sayı 701 nəfərə çatıb
Ermənistanın minalanmış ərazilərin xəritəsini verməməsi beynəlxalq hüququn növbəti pozuntusudur - Səfir
Bərdədə ağır avtomobil qəzası, xəsarət alanlar var
Latviya təhsil sahəsində Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır
Şəhid ailələrinə və vətən müharibəsi iştirakçılarına dövlət qayğısı bundan sonra da davam edəcək - Deputat
Şahzadə Filipin dəfn mərasiminin tarixi elan edilib
Goranboyda toy mərasimin keçirilməsinin qarşısı alınıb
Azercell-in “Kabinetim” mobil tətbiqi 1 mln yüklənməni aşdı
Azərbaycan COVID-19 pandemiyasına qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdəndir - Tamam Cəfərova
Kürün aşağı axımında suyun duzluluğunun artması səbəbləri araşdırılır
İngiltərə futbol çempionatının lideri "Mançester Siti" "Lids"ə məğlub oldu
Gəncədə yaşayan rəssamların virtual sərgisi keçirilib (FOTO)
Ermənistandan mina sahələrinin xəritəsini tələb etməli olan müvafiq komissiyalar yaradılmalıdır - Rusiyalı politoloq
Bu gün Bakıda 550 küçə dezinfeksiya edilib
Azərbaycan startapı beynəlxalq proqramda iştirak edəcək
Türk Şurasının informasiya və media üzrə məsul rəsmiləri Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət ediblər (FOTO)
Azərbaycan nefti bahalaşır
Ukraynanın nüfuzlu “Kiev Diplomatic” jurnalında Azərbaycanla bağlı geniş məqalə dərc edilib (FOTO)
Hərbi polisin yaranmasının 29-cu ildönümü qeyd edilir (VİDEO)
Mingəçevirdə restoranda toy edənlər cərimələnib (FOTO/VİDEO)
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı
Macarıstan Türk Şurası ölkələrini vacib tərəfdaş hesab edir
Azərbaycanda 2 192 nəfər COVID-19-a yoluxub, 33 nəfər vəfat edib
Xəzər rayonunda ümümrayon iməcliyi və dezinfeksiya işləri aparılıb (FOTO)
Media sahəsində əməkdaşlığın daha da sistemləşdirilməsinin tərəfdarıyıq - Hikmət Hacıyev
Qubada Azərbaycan-Türkiyə qardaşlıq parkı salınacaq
Türk Şurası çərçivəsində Media Koordinasiya Komitəsi yaradılmalıdır - Prezidentin köməkçisi (VİDEO)
Kür çayında batan bacı-qardaşlardan birinin meyiti tapılıb
Son illərdə saxta əlillik təyinatının ləğvi nəticəsində əhəmiyyətli miqdarda dövlət vəsaitinə qənət olunub - Deputat
Qazaxıstan media və informasiya sahəsində Türk Şurası ölkələri ilə uğurla əməkdaşlıq edir
Özbəkistan Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında fəal iştirak etməyə hazırdır
Respublika çaylarında yaz-yay gursululuq dövründə gözlənilən vəziyyət AÇIQLANIB (FOTO)
“Media haqqında” yeni qanun layihəsi medianın inkişafına imkan verəcək - Hikmət Hacıyev
Azərbaycan Prezidentinin köməkçisi Türk Şurasının Baş katibi ilə görüşüb
Səudiyyə Ərəbistanında 3 hərbçi edam olunub
Biz əl-ələ verəcəyimiz halda, aşa bilməyəcəyimiz maneə olmadığını gördük - Fahrettin Altun
Azərbaycanın qələbəsi həm də türk dünyasının qələbəsidir - Hikmət Hacıyev
Qaxda yol polisi reyd keçirib (FOTO)
Türk dövlətlərinə qarşı saxta informasiya kampaniyaları aparılır - Prezidentin köməkçisi
MDU-da növbəti dəfə tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb (FOTO)
Azərbaycan türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün lazımi işləri görür - Hikmət Hacıyev
Türk dövlətləri ilə əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə yol xəritəsi hazırlanır
Türk dövlətləri bundan sonra da Azərbaycanın yanında olacaq - Bağdad Amreyev
Bakıda Türk Şurasının informasiya və media üzrə məsul rəsmilərinin toplantısı keçirilib - (FOTO/VİDEO)
“Əsas Məsələ”də Prezident İlham Əliyevin həftə ərzində keçiridyi yüksək səviyyəli görüşlər müzakirə olunub (VİDEO)
Sosial xidmətlərə ehtiyac səviyyəsini qiymətləndirmək məqsədilə onlayn sorğu keçirilir
İranda ötən sutka 193 nəfər koronavirusdan ölüb
"Buta Airways" Rusiyanın "Jukovski" şəhərinə uçuşlar həyata keçirəcək
Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır
MUSİAD nümayəndə heyəti Qubada səfərdə olub (FOTO)
Atletimiz Avropa çempionatında bir qızıl və bir bürünc medal qazanıb (FOTO)
Bakıda daha bir nəqliyyatın mübadilə məntəqəsi yaradılıb (FOTO)
Bakıda məşhur restoranlarda nöqsanlar aşkarlanıb (SİYAHI)
Könül Nurullayeva sakinlərin müraciətləri ilə maraqlanıb (FOTO)
Deputat Pərvin Kərimzadə seçiciləri ilə növbəti görüş keçirib (FOTO)
Zabrat Hava Limanı ərazisində təlim keçirilib (FOTO)
Finlandiya sprey formasında koronavirus vaksini hazırlayır
Sumqayıtda 3 koronavirus xəstəsinə cinayət işi başlandı
Sabah rayonlara dolu düşəcək
“Fitch” SOCAR-ın uzunmüddətli reytinqini «BB +» səviyyəsində təsdiqləyib (ƏLAVƏ OLUNUB)
Azərbaycan ilə Türkiyəni heç vaxt bir-birindən ayırmadım, ikisi də mənim Vətənimdir - Erkan Özoral
Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri HHQ-nin hərbi hissəsini ziyarət edib
Prezident İlham Əliyev: Türkiyənin Azərbaycana göstərdiyi dəstək həmişə bizim qəlbimizdə yaşayacaqdır
Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri bu gün ən yüksək zirvədədir
Bibiheybətdə gəmidə baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)
Şəhid ailəsi və qazilərə dəstək üçün bu günə kimi 18 milyona yaxın pul xərclənib
Ötən gün 47 yanğın olub, 1 nəfərin meyiti aşkarlanıb (VİDEO)
Kanada XİN-dən "Dostluq" yatağı ilə bağlı açıqlama
Azərbaycan dövlətinin apardığı siyasətin mərkəzində insan amili dayanır - Tamam Cəfərova
Yunanıstan-Bolqarıstan interkonnektorunun işə salınması ilə TAP-ın Avropa üçün əhəmiyyəti artacaq
Bərdədə toy məclisi aşkarlandı, 19 nəfər cərimələndi
Yol polisi hərəkət iştirakçılarına xəbərdarlıq etdi
Polis Bakıda əməliyyat keçirdi, narkobaronlardan 64 kiloqram narkotik vasitə götürüldü (FOTO/VİDEO)
Bakıda həyətdə toy məclisində 28 nəfər məsuliyyətə cəlb olundu (VİDEO)
Erkan Özoral “Dostluq” ordeni ilə təltif edilib
Çində üçüncü koronavirus vaksininin sınaqlarına icazə verilib
Prezident İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirini qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)
Paytaxtda daxili iməclik və geniş dezinfeksiya keçirilib (FOTO)
AZAL Heydər Əliyev Beynəlxalq Aeroportunun təmizlik işlərinin satınalınması ilə bağlı açıq tender elan edir
Ötən gün evini tərk edən 18 koronavirus xəstəsi saxlanıldı
Əfqanıstanda ard-arda partlayışlar olub
Evdə toy məclisi keçirənlər cərimələnib
ABŞ İrana qarşı tətbiq olunan sanksiyaların ləğvindən imtina edib
"COVID-19 pasportu" - Dünya yeni mərhələyə keçir
Zərdabda daş sexi yanıb
Azərbaycanda bu tarixdə ucuz avtomobillər satışa çıxarılacaq
Qırğızıstanda seçkilər və referendumdan qabaq "sükut günü" başlayıb
Çinin "Alibaba" şirkəti 2,78 milyard dollar məbləğində cərimə edilib
Beyrut dəniz limanının yenidən qurulması layihəsinin dəyəri 5 milyard dollar təşkil edəcək
Rusiya aprelin 12-dən Türkiyə ilə uçuşlarını məhdudlaşdıra bilər
Hindistanda xəstəxanada baş verən yanğında 4 nəfər öldü
Yaponiyada 5,2 bal gücündə zəlzələ baş verib
Türkiyədə son sutkada koronavirusdan 35 786 nəfər sağalıb
Qrup hərəkətlərində Azərbaycan komandası bədii gimnastika üzrə təşkil olunan onlayn turnirdə gümüş medal qazandı
Gimnastlarımız Misirdə keçirilən yarışlarda ikinci yeri tutublar (FOTO)
Dünyada ötən sutka koronavirusa 718 mindən çox yoluxma qeydə alınıb - ÜST
Bütün xəbərlər