...

Bakı Ali Neft Məktəbi dövlət akkreditasiyasından keçib

İqtisadiyyat Materials 28 Mart 2019 13:52 (UTC +04:00)

Bakı. Trend:

Bakı Ali Neft Məktəbinin (BANM) Azərbaycan Respublikası Nazirlər Kabinətinin qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları” və Azərbaycan Respublikası Təhsil Nazirliyinin qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin fəaliyyətinin dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu müəyyənləşdirən meyarlar” əsasında dövlət akkreditasiyası keçirilib.

Nəticə olaraq Ali Məktəb ali təhsil müəssisəsi kimi Təhsil Nazirliyinin akkreditasiya haqqında sertifikatını əldə edir.

BANM-ın Neft-qaz mühəndisliyi, Kimya mühəndisliyi və Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasları artıq 2022/2023-cü tədris ilinədək akkreditə olunmuş hesab olunur.

Qeyd edək ki, BANM indiyədək iki məzun buraxılışı həyata keçirib. Ali Məktəbin məzunları yerli və transmilli şirkətlərdə 100% işlə təmin olunub, təhsillərini davam etdirmək istəyən məzunlar isə doğma Azərbaycanın və dünyanın nüfuzlu universitetlərində magistratura və PhD pilləsində təhsil alırlar.

BANM eyni zamanda Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələri içərisində ISO 9001 (Keyfiyyət idarəetmə sistemi), ISO 14001 (Ekologiya idarəetmə sistemləri), OHSAS 18001 (Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemləri) və ISO 10002 (Müştəri məmnuniyyəti – şikayətlərin idarə edilməsi üzrə rəhbər göstərişlər) sertifikatlarını almış yeganə ali təhsil müəssisəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti