Bakı. Trend:
Azərbaycanda səfərdə olan Qazaxıstan Respublikasının rəqəmsal inkişaf, müdafiə aviasiya sənayesi naziri Askar Jumaqaliyev və digər rəsmi nümayəndələr Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Yüksək Texnologiyalar Parkını” ziyarət ediblər.
Nazirlikdən Trend-ə verilən məlumata görə, görüş zamanı Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli qonaqlara parkın fəaliyyəti, İnnovasiyalar Agentliyinin gələcək fəaliyyəti və “Falcons Summit” haqqında məlumat verib.
Tədbirdə Azərbaycandakı "Huawei", "CISCO", "Oracle", "Lenovo", "BestComp Group" kimi beynəlxalq şirkətlər iştirak ediblər və əməkdaşlıq perspektivləri haqqında fikir mübadiləsi aparıblar.