Vergi hesabatları sadələşdiriləcək

Vergi hesabatları sadələşdiriləcək

Bakı. Trend:

Trend Vergilər Nazirliyinin İqtisadi təhlil Departamentinin Sosial sığorta ödənişlərinə nəzarət və təhlil idarəsinin direktoru Nigar Vahabzadənin müsahibəsini təqdim edir:

- Nigar xanım, artıq bu ildən başlayaraq sosial sığorta haqları ilə bağlı yığımlar Vergilər Nazirliyi tərəfindən həyata keçirilir. Yığımlara nəzarət funksiyasının Vergilər Nazirliyi tərəfindən aparılması bu sahə üçün nəyi dəyişib?

- Cari ildən etibarən sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət Azərbaycan Respublikasının Vergilər Nazirliyinə həvalə edilib. Məqsəd sığortaedən və sığortaolunan arasında əmək münasibətlərinin qanunauyğun tənzimlənməsi, əmək haqlarının şəffaflaşdırılması, sosial sığorta ödənişlərinin düzgün, vaxtında toplanılması və bu sahədə inzibatçılığın təkmilləşdirilməsidir. Artıq vergi ödəyicinə nəzarət bir orqan tərəfindən həyata keçirilir.

Cari ilin 1-ci rübü üzrə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxilolmalardakı artım bu sahədə aparılan dəyişikliklərin müsbət nümunəsidir. Dəyişiklik Vergilər Nazirliyinin fəaliyyətinin əsas hədəflərindən biri olan kölgə iqtisadiyyatının azaldılması məqsədinə xidmət göstərəcək. Həmçinin, Qanunla təsbit edilən dəyişikliklərə əsasən sosial sığorta ödənişlərindəki məbləğ dəyişməsə də, ödəyicilər arasında faiz nisbəti yeni bölgüdə müəyyənləşib. Belə ki, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığortaolunanların muzdlu işdən sığorta haqqına cəlb edilən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı 2019-cu il yanvarın 1-dən 7 il müddətində 200 manatadək olduqda məcburi dövlət sosial sığorta haqqı sığortaolunanın gəlirindən 3 faiz, sığortaedənin vəsaitindən 22 faiz, 200 manatdan çox olduqda isə sığortaolunanın gəlirlərindən 6 manat + 200 manatdan çox olan hissənin 10 faizi, sığortaedənin vəsaitindən isə 44 manat + 200 manatdan çox olan hissəsinin 15 faizi üzrə tutulur. Məsələn, əmək müqaviləsi ilə işləyən vətəndaş 650 manat əmək haqqı alırsa, o gəlir vergisi ödəmir. Vətəndaşın məcburi dövlət sosial sığortasına cəlb olunmayan gəlirləri olmadığı halda, 650 manatın 200 manat hissəsi üçün 3 faiz sosial sığorta haqqı əmək haqqından tutularaq ödənilir. Bu zaman müəssisə tərəfindən 22 faiz sosial sığorta haqqı ödəyir. Əmək haqqının qalan 450 manatı üçün vətəndaşın əmək haqqından tutularaq 10 faiz, müəssisə isə 15 faiz sosial sığorta haqqı ödəyir. Eyni zamanda, 650 manatın 0,5 faizi vətəndaşın əmək haqqından tutularaq işsizlikdən sığorta haqqı müəssisə tərəfindən ödənilir. Bu zaman müəssisə 650 manatın 0,5 faizi miqdarında işsizlikdən sığorta haqqı ödəyir.

- Cari ildən etibarən mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçotunun aparılması vergi siyasətində bir yenilikdir. Bu barədə məlumat verərdiniz.

- Doğru qeyd edirsiniz ki, cari ildən “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliyə əsasən mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınması Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən həyata keçirilir.

Bununla bağlı mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslər Azərbaycan Respublikasının Vergilər Nazirliyində qeydiyyata alındıqdan, yəni VÖEN verildikdən sonra, həmin məlumatlara əsasən sığortaedənlərə avtomatik sığortaedənin uçot nömrəsi (SUN) verilir.

Torpaq mülkiyyətçisi sığortaedən kimi qeydiyyata alınmaq məqsədilə müraciət edən zaman fiziki şəxsin uçota alınma meyarını “Torpaq mülkiyyətçisi” kimi qeyd etməlidir. Qeydiyyat zamanı torpaq mülkiyyətçisinin və onun ailə üzvlərinin, o cümlədən torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd haqqında məlumatlarını tam və dəqiq doldurmalıdır. Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxs (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) əmək qabiliyyətli (I və II qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün (alınan əmlak və torpaq payı hesabına şəxsi yardımçı və digər təsərrüfatlar daxil olmaqla) ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 6 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı üzrə ödəniş etməlidir.

- Artıq 2019-cu ilin 1-ci rübü yekunlaşıb. Sosial sığorta hesabatlarının yeni formaları istifadəyə verilib. Bilmək istərdik ki, hesabat formalarında nələr dəyişib?

- Vergilər Nazirliyi tərəfindən “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”ın və “İşsizlik sığortası üzrə rüblük hesabat"ın yeni formaları, onların tərtib edilməsi qaydaları təsdiq edilib. 2019-cu il və sonrakı dövrlər üzrə həmin hesabatlarda bəzi dəyişikliklər olunub.

Hesabat təqdim edilən zaman vergi ödəyicisinin bir sıra məlumatları hesabatda əks etdirməsi vacibdir. Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən hər bir sığortaolunanın muzdlu işdən sığorta haqqına cəlb edilən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı üzrə yeni bölgüdə tutulmalar göstərilməlidir.

“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün sığortaolunanın sığorta stajı bu Qanun qüvvəyə mindikdən sonra sığorta haqqı ödənilən müddətə görə hesablandığı üçün “İşsizlik sığortası üzrə rüblük hesabat"ın formasına rüb ərzində əmək haqqı və gəlir hesablanmış, eləcə də hesabına işsizlikdən sığorta haqqı ödənilmiş sığortaolunanlar (işçilər) barədə məlumatlar əlavə edilməlidir.

“Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”ı və “İşsizlik sığortası üzrə rüblük hesabat"ı həm kağız, həm də elektron qaydada təqdim etmək mümkündür. Hesabatlarla bağlı məlumat əldə etmək üçün vergi ödəyiciləri Nazirliyin xidmət mərkəzlərinə və 195 çağrı Mərkəzinə müraciət edə bilərlər.

- Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatı vaxtında təqdim etməyən sahibkarları hansı cərimələr gözləyir?

- 2019-cu ilədək sığortaedənlərin məcburi dövlət sosial sığortası üzrə hesabatı vaxtında təqdim etməməsinə görə hesabat dövrü üçün hesablanmış sosial sığorta haqqının 10 faizi məbləğində maliyyə sanksiyası tətbiq olunurdu və bu halda qanunda heç bir istisnaların nəzərdə tutulmadığı üçün hər hansı texniki və ya sair səbəbdən vaxtında hesabat verməyən sığortaedənə də böyük cərimələr tətbiq olunurdu ki, nəticədə sahibkara zərər dəyirdi.

Vergi Məcəlləsinə edilmiş yeni dəyişikliklərə əsasən, vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur.

Hazırda qanunvericiliyin bu tələbinə əsasən sosial sığorta hesabatlarını əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

- 2018-ci ilin 4-cü rübün nəticələri üzrə hesabatlar təqdim edilərkən şəxsi hesab vərəqələrində qeydlərin aparılması ilə bağlı müəyyən çətinliklər yaranmışdı. Hazırda bu istiqamətdə işlər nə yerdədir?

- Vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini qorumaq Vergilər Nazirliyinin fəaliyyətində ən başlıca prinsipdir və bu tip problemlərin gələcəkdə də yaranmaması üçün optimallaşdırma tədbirləri aparılmaqdadır. Vergi ödəyiciləri tərəfindən məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə 2018-ci ilin 4-cü rübün hesabatları da Vergilər Nazirliyinə təqdim edilib. Lakin, həmin dövr üzrə hesabatların təqdim edilməsi zamanı vergi ödəyicilərinin sosial sığorta üzrə məlumatları Vergilər Nazirliyinin proqram təminatına inteqrasiya olunaraq uyğunlaşdırılması prosesi davam etdirilirdi. Bu səbəbdən şəxsi hesab vərəqələrində yaranmış texniki uyğunsuzluqlar Vergilər Nazirliyi tərəfindən aparılmış tədbirlər nəticəsində qısa zamanda aradan qaldırılıb. Bununla yanaşı, artıq vergi ödəyicilərinin həm vergi, həm də sosial üzrə ödənişləri, borc öhdəlikləri və digər məlumatlar şəxsi hesab vərəqələrində əks olunur.

- Gələcəkdə hesabatların daha da təkmilləşdirilməsi və ya hansısa yeniliklər gözlənilirmi?

- Hal-hazırda məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta üzrə Vergilər Nazirliyi tərəfindən hesabat formalarının daha da optimallaşdırılması və gələcəkdə daha da təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər nəzərdə tutulub. Yaxın gələcəkdə hesabatların modifikasiya olunaraq vahid formada verilməsi və daha da sadələşdirilməsi istiqamətində işlər aparılır.

Fransada 2020-ci ildən etibarən COVİD-ə yoluxanların sayında ən böyük artım qeydə alınıb
Fransada 2020-ci ildən etibarən COVİD-ə yoluxanların sayında ən böyük artım qeydə alınıb
Şamaxıda elmi-praktik konfrans keçirilib (FOTO)
Şamaxıda elmi-praktik konfrans keçirilib (FOTO)
Azərbaycanın Afrikaya göndərdiyi 100 min doza COVID-19 peyvəndi Burkina-Fasoya çatdırılıb (FOTO)
Azərbaycanın Afrikaya göndərdiyi 100 min doza COVID-19 peyvəndi Burkina-Fasoya çatdırılıb (FOTO)
Loading Bars
Xəbər lenti
"Instagram" da yeniliklər tətbiq edilir
Braziliya COVID-ə qarşı peyvənd olunmamış əcnəbilərə karantin tətbiq edir
Türkiyənin elektrikli avtomobilləri Las Veqasda keçiriləcək sərgidə nümayiş etdiriləcək
Belçikada səhiyyə işçiləri məcburi vaksinasiyaya qarşı etiraz edirlər
Kroos Real Madridin UEFA Çempionlar Liqası tarixində 1000-ci qolunu vurub
“Milan” avrokuboklarla vidalaşdı, "Atletiko" inamlı qələbə qazandı
Fransada 2020-ci ildən etibarən COVİD-ə yoluxanların sayında ən böyük artım qeydə alınıb
İsveçdə COVID-lə bağlı yeni qaydalar qüvvəyə minir
UEFA Çempionlar Liqası: “PSJ” qələbə qazanıb, “Mançester Siti” məğlub olub
Ermənistanın Zəngəzur dəhlizini açmaqdan başqa çıxış yolu yoxdur - TƏHLİL
Almaniyada poliqonda hərbi texnikanın toqquşması nəticəsində iki nəfər ölüb
Putin və Bayden arasında danışıqların mövzuları açıqlanıb
Toğanalıdan Kəlbəcərə çəkilən tunel-yolun tikintisi davam etdirilir
Lerikdə zəlzələ olub
Mingəçevir Dövlət Universitetinin tələbələri “Azərbaycan İES”-də təlim-təcrübə proqramını uğurla başa vurublar
Gələn il maaş və pensiyalar nə qədər artacaq? - AÇIQLAMA
Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın vəsatətini təmin edib - XİN
Bakı Limanının 2035-ci ilədək inkişaf strategiyası açıqlanıb
Prezident İlham Əliyevdən Ermənistana və onun havadarlarına növbəti sərt ismarıc - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Şəmkirdə keçirilib (FOTO)
Beynəlxalq Ədalət Məhkəməsi etnik zəmində zorakı çağırışlarla bağlı Ermənistanın təcili tədbirlər görməsinə dair qərar verdi
Erməni mətbuatında Azərbaycan ərazisindəki qanunsuz erməni silahlısının öldürülməsi barədə yayılan məlumat əsassızdır - MN
Şamaxıda elmi-praktik konfrans keçirilib (FOTO)
Ermənistan münasibətlərin normallaşdırılması addımlarına qarşılıq vermir - XİN
Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı iddialarını təmin etmədi
Bakıda mənzildə qadın meyiti tapılıb
Azərbaycanın Afrikaya göndərdiyi 100 min doza COVID-19 peyvəndi Burkina-Fasoya çatdırılıb (FOTO)
“Yaxşı idarəçiliyin təbliğində Ombudsmanın və vətəndaş cəmiyyəti institutlarının rolu” mövzusunda hibrid formatda tədbir təşkil olunub (FOTO)
Hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə toplantı keçirilib
"Azərxalça" ASC-nin Qubadakı xalça zavodunda 410 min 661 manat mənimsəmə olub - Şahid
Zəngəzur dəhlizi məsələsində Qərb mediası bitərəf yanaşma sərgiləyir - Rufiz Hafizoğlu (VİDEO)
Ermənistan parlamentində dava: Hakim partiyanın deputatları müxalifətçilərə hücum edib
“Ərəb ədəbiyyatının ehramı Nəcib Məhfuz” kitabı çapdan çıxıb
Şuşaya yeni sürət yolu çəkilir - AAYDA İdarə Heyəti sədrinin müavini (VİDEO)
Azərbaycan beynəlxalq sənədləri imzalayarkən Ermənistanla bağlı qeyd-şərtini açıqlayıb
Bərdə - Ağdam yeni avtomobil yolunun 60 faizi tikilib
Tələbə krediti üçün müraciət edənlərin sayı açıqlanıb
Azərbaycan-İran sərhədində atışma olub, bir nəfər zərərsizləşdirilib
e-sosial.az portalına 8,7 milyon müraciət qeydə alınıb
Dekabrın 8-nə USD/AZN rəsmi məzənnəsi
Hindistanın Bakıdakı Səfirliyi tərəfindən vebinar təşkil olunub (FOTO)
Prezident İlham Əliyev “TOTAL Energies” şirkətinin kəşfiyyat və hasilat üzrə prezidentini qəbul edib (VİDEO)
XI Çağırış Kubokunun Bakı seçim turu keçirilib (FOTO)
İki filmimiz beynəlxalq festivalda mükafat qazandı (FOTO)
Moskvada atışma olub, ölən və yaralananlar var
AQTA daha 4 müəssisədə pozuntular aşkarlayıb
Gələn ildən bu şəxslər də ünvanlı sosial yardım ala biləcək
Pirotexniki məmulatların satışını təşkil edən şəxslərə qarşı tədbirlər davam etdirilir (FOTO/VİDEO)
FHN müharibənin təhlükəli qalıqları ilə bağlı əhaliyə müraciət edib
Azərbaycanda idman dövlət siyasətinin ayrılmaz hissəsidir - Mariana Vasileva
Əqli Mülkiyyət Agentliyinin əməkdaşları Avropa İttifaqının Kiyevdə təşkil etdiyi tədbirdə iştirak ediblər
Kürdəmirdə polis reyd keçirib (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1530 nəfər COVID-19-a yoluxub, 21 nəfər ölüb
Sənədsiz evlərin rəsmiləşdirilməsi əmlak bazarını canlandıra bilər - Ekspert
“YAŞAT” Fondunun birillik fəaliyyəti xalqımızın xeyirxahlıq, fədakarlıq və humanizm prinsiplərinə sadiqliyinin təsdiqidir - Vüqar Rəhimzadə
Həştərxan vilayətinin Əhalinin Məşğulluğu Agentliyinin rəisi ilə görüş olub (FOTO)
Azərbaycanda vəzifəli şəxslər bu halda 2000 manat cərimə olunacaq
Müddətli əmək müqaviləsi üzrə tələb edilən sığorta stajının azaldılması təklif olunur
Dövlət Sığorta Kommersiya Şirkətinə yeni sədr təyin edildi
Bu şəxslər peşə hazırlığı kurslarına ödənişsiz cəlb ediləcək və təqaüd alacaqlar
Bu həftənin sonuna kimi Avropada hər onuncu şəxs koronavirusa yoluxmuş olacaq - ÜST
Prokuror Vüqar Səfərliyə cəza istədi
İsşizlikdən sığorta ödənişinin alınması üçün 3 aylıq gözləmə müddəti ləğv edilir
Qəbələdə evini tərk edən koronavirus xəstəsi küçədə saxlanıldı
Azərbaycan və Türkiyə hakim partiyaları arasında əlaqələrin inkişafı müzakirə olunub (FOTO)
Azərbaycan ilə Həştərxan vilayəti arasında əməkdaşlığın inkişafı üzrə Tədbirlər Proqramı imzalanıb (FOTO)
“Məşğulluq marafonu”na təqdim edilən vakansiyaların sayı açıqlanıb
Səbaildə məhəllədaxili su xətləri yenilənir, nasos stansiyaları ləğv edilir (FOTO)
Mərkəzi Nəbatat Bağına icraçı direktor təyin edilib
Zabrat yolunda səhər saatları nəqliyyatın hərəkəti niyə məhdudlaşdırılır? - AÇIQLAMA
Suraxanıda narkotikin qanunsuz dövriyyəsi ilə məşğul olan 45 nəfər saxlanılıb (FOTO/VİDEO)
Dövlət Xidmətinin sabiq idarə rəisinin işi məhkəməyə göndərildi
Zəngəzur dəhlizi Çindən Avropaya daşıma müddətini 12 günədək azalda bilər - Departament rəisi
Qəbələdə restoranın icarədarı və toy sahibi cərimələndi (FOTO)
İranda daha 3,5 min nəfər koronavirusa yoluxub, 79 nəfər ölüb
Koronavirusun növlərində müalicə eyni aparılmalıdırmı?
Bu il Azərbaycanda qeyri-neft ixracı rekord həddə çatacaq - Mikayıl Cabbarov
Ermənistanın Vətən müharibəsindən sonra imzalanan sənədləri yerinə yetirməsi vacibdir - Numan Kurtulmuş
Zaqatalada şadlıq sarayının rəhbərliyi məsuliyyətə cəlb edilib
Kartlara baxsanız görərsiniz ki, o, mənimlə nələr danışıb - Ata Abdullayev məhkəmədə
"AccessBank"da iş var
Baş dərisi üçün maye qaz pilinqi saç tökülməsi problemini həll etməyə kömək edəcək
Bakı limanının Ro-Ro terminalı ildə 6 milyon tondan çox yük aşırmaq gücünə malikdir
BƏƏ-də həftənin iş günləri yeni qaydada təşkil ediləcək
Zəngəzur dəhlizinin işə salınması ilə Bakı limanında yük axınının artımı gözlənilir - Taleh Ziyadov
Bələdçilərin sertifikatlaşdırılması ilə bağlı akkreditasiya attestatının təqdimat mərasimi keçirilib (FOTO)
Sabahın hava proqnozu açıqlanıb
Xalq Bankdan növbəti premium kart - Visa Infinite
Aviabiletlərin qiyməti ilə bağlı təkliflər verilib, müzakirələr gedir (ÖZƏL)
Heydər Əliyev Mərkəzində “Avişai Koen trio”nun caz konserti keçirilib (FOTO/VİDEO)
Fuad Nağıyev quru sərhədlərinin açılmasından danışdı
2021-ci ilin yekunlarına əsasən Bakı limanında beş milyon tonadək yük aşırılması proqnozlaşdırılır (FOTO)
Səfərbərlik Xidmətinin vəzifəli şəxsinə hökm oxunub
NATO-nun mobil təlim qrupu tərəfindən kurs keçirilir (FOTO)
Azərbaycan dilindəki Vikipediya məqalələrinin sayının artırılması, keyfiyyətinin yüksəldilməsi üçün hansı işlər görülür?
Füzulidə “İnnovasiya Festivalı” keçirilib (FOTO)
Narkotiki torpağa basdıran şəxs yaxalandı
Turizm bələdçilərinə sertifikatlar 3 il müddətinə veriləcək
Əlillərə illik sosial ödəniş xərcləri artıb
Bütün xəbərlər