Bakı. Trend:
"Expressbank" müştərilərin yüksək statusun göstəricisi olan premium kartlara artan tələbatlarını nəzərə alaraq “Premium kart sevinci” adlı kampaniya elan edib.
Kampaniya 2019-cu ilin mayın 15-dək davam edəcək. Müştərilər qeyd olunan tarixədək yeni kart hesabına minimum 500 AZN/USD/EUR/GBP ilkin mədaxil etməklə VISA Gold/MasterCard Gold və ya 1000 AZN/USD/EUR/GBP ilkin mədaxillə VISA Platinum/MasterCard Platinum kartlarını heç bir xidmət haqqı ödəmədən əldə edə bilərlər.
Kart hesabına mədaxil edilən məbləği müştərilər nağdlaşdıra və ya nağdsız ödəniş edərək 30%-dək Cashback qazana bilirlər. Təklif edilən kartı müştərilər, bankın filiallarına yaxınlaşaraq, həmçinin onlayn sifariş edə bilərlər. https://www.exb.az/getpremiumcards.
Yüksək statusu vurğulayan premium kartlar eksklüziv xidmətlərə görə fərqlənir. Bu növ kartın sahiblərinə dünyanın istənilən nöqtəsində xüsusi endirimlər, rahat alış-veriş, onlayn ödəniş, nağd pul çıxartmaq və digər xüsusi imkanlar təqdim edilir. Kartın balansını ölkə üzrə quraşdırılmış 700- dən artıq Expresspay ödəniş terminalı və ya onlayn şəxsi kabinet vasitəsi ilə istənilən zaman artırmaq da mümkündür.
Qeyd edək ki, Expressbank 2018-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası ilə birlikdə nağdsız ödənişlərin inkişaf etdirilməsi, innovativ ödənişlərin tətbiqi, elektron bankçılığın və elektron ticarətin genişləndirilməsi istiqamətində elan edilmiş müsabiqədə 3 nominasiya üzrə mükafat qazanıb.
Pərakəndə və biznes bankçılıq sahəsində fəaliyyət göstərən, geniş maliyyə məhsulu və xidmətlərinə malik olan Expressbank-ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.