...

Xalq Bank I rübün nəticələrini açıqladı: Stabillik və artım

İqtisadiyyat Materials 25 Aprel 2019 13:12 (UTC +04:00)

Bakı. Trend:

2019-ci ilin I rübünün yekunlarına əsasən ASC “Xalq” Bankı əsas maliyyə göstəriciləri üzrə stabil artım nümayiş etdirib.

Belə ki, Bankın aktivləri 2018-ci ilin sonuna olan göstəricilərlə müqayisədə 206.18 mln. manat və yaxud 10,27 % artaraq 2 214.35 mln. manat təşkil edib.

Bankın kredit portfelində müştərilərə verilən kreditlərin həcmi I rüb ərzində 75.84 mln. manat və yaxud 5,49% artaraq 1 458.45 mln. manat təşkil edib. Bu nəticə ölkənin özəl bankları arasında ən yüksək göstəricilərdən biridir.

Müştərilər tərəfindən yerləşdirilən depozitlərin həcmi birinci rüb ərzində 181.4 mln. manat və yaxud 14,4% artaraq 1 440.81 mln. manata çatıb. Bank rübü 8.95 mln. manat mənfəətlə (vergilər ödənilənədək) başa vurub ki, bu da ötən ilin analoji dövrünə olan göstəricini 19% üstələyir.

Cari ilin ilk rübündə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri ilə Xalq Bank ölkənin maliyyə sektorunda lider banklardan biri olaraq öz mövqeyini möhkəmləndirib. Bu uğurlar Bankın loyal müştərilərinin, peşəkar əməkdaş komandasının, düşünülmüş və effektiv idarəetmə siyasətinin nəticəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti