...

Ankara-Bakı-Moskva BTQ dəmir yolu üzrə üçtərəfli birgə memorandum imzalayacaq

İqtisadiyyat Materials 6 May 2019 09:42 (UTC +04:00)
Ankara-Bakı-Moskva Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu üzrə yükdaşımaların inkişafını nəzərdə tutan üçtərəfli birgə memorandum imzalayacaq.
Ankara-Bakı-Moskva BTQ dəmir yolu üzrə üçtərəfli birgə memorandum imzalayacaq

Bakı. Rufiz Hafizoğlu - Trend:

Ankara-Bakı-Moskva Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu üzrə yükdaşımaların inkişafını nəzərdə tutan üçtərəfli birgə memorandum imzalayacaq.

Bu barədə Trend-ə özəl olaraq Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildiriblər.

Nazirlikdən əlavə ediblər ki, memorandumun imzalanması bu gün Ankarada baş tutacaq. İmzalanma mərasimində 3 ölkənin dəmir yolu idarəsi rəsmilərinin iştirak edəcəyi bildirilir.

Xatırladaq ki, 2017-ci il oktyabrın 30-da Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı olub.

İlkin mərhələdə Bakı-Tbilisi-Qars dəmiryolu ilə yükdaşımanın həcmi 6,5 milyon ton yük səviyyəsində olacaq, həmçinin 1 milyonadək sərnişin daşınacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti