...

Qonşu ölkədə təbii qaz bahalaşır

İqtisadiyyat Materials 21 May 2019 15:52 (UTC +04:00)
22 may 2019-cu il tarixindən İranda sıxılmış təbii qaz (CNG) bahalaşır.
Qonşu ölkədə təbii qaz bahalaşır

Bakı. Elnur Bağışov - Trend:

Sabahdan etibrarən İranda sıxılmış təbii qaz (CNG) bahalaşır.

Bu barədə İranın Milli Neft Məmulatlarının Distribyutorluğu Şirkəti elan verib.

Trend-in məlumatına görə, şirkət bildirib ki, 22 may tarixindən ibarət hər bir kq təbii sıxılmış qazın qiyməti (CNG) 6568 rial (rəsmi məzənnə ilə 0,15 dollar) olacaq.

İndiyədək qiymətin 6 min rial olduğunu bildirən şirkət qiymət artımının 10%-dən aşağı olduğunu əlavə edib.

İranın Milli Neft Məmulatlarının Distribyutorluğu Şirkəti qiymət artımı ilə əldə olunan vəsaitin yanacaqdoldurma məntəqələrində təhlükəsizliyin artırılması, avadanlıqların quraşdırılmasına sərf olunacağını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti