...

Komitə sədri: Dövlət büdcəsinin gəlirləri üzrə proqnozlar artıqlaması ilə yerinə yetirilib

İqtisadiyyat Materials 31 May 2019 12:34 (UTC +04:00)
Azərbaycan bu gün dünyada dinamik inkişaf edən ölkə kimi tanınır, mühüm qlobal layihələr həyata keçirir.
Komitə sədri: Dövlət büdcəsinin gəlirləri üzrə proqnozlar artıqlaması ilə yerinə yetirilib

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan bu gün dünyada dinamik inkişaf edən ölkə kimi tanınır, mühüm qlobal layihələr həyata keçirir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Komitə sədri bildirib ki, ötən il əhalinin adambaşına düşən gəlirləri artıb, inflyasiya təkrəqəmli olub, manatın məzənnəsi sabit qalıb.

Z.Səmədzadə vurğulayıb ki, enerji daşıyıcılarının qiymətlərindəki müsbət dinamika xarici ticarət balansının müsbət nəticələnməsinə səbəb olub:

“2018-ci ildə ölkənin xarici ticarət dövriyyəsi 30,9% artaraq, 31,8 mlrd. dollar təşkil edib. Tədiyyə balansında 20,3 mlrd. manatlıq müsbət saldo yaranıb. Burada qeyri-neft əmtəə ixracının 9,8% artmasını xüsusi qeyd etmək lazımdır".

Komitə sədrinin sözlərinə görə, bütövlükdə ticarət balansında yaranmış müsbət saldo gələcəkdə böyük işlərin görülməsinə imkan yaradıb: "Valyuta ehtiyatlarımız ötən ildə 44,5 mlrd. manat təşkil edib. Dövlət büdcəsinin gəlirləri üzrə proqnozlar artıqlaması ilə yerinə yetirilib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti