...

“Maliyyə risklərinin idarə olunması” mövzusunda təlim keçirilib

İqtisadiyyat Materials 31 May 2019 19:12 (UTC +04:00)

Bakı. Trend:

Kiçik və orta biznes subyektlərinin maliyyə savadlılığının artırılması istiqamətində İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən sahibkarların ehtiyacları öyrənilərək, mütəmadi olaraq tədbirlər keçirilir.

Agentlikdən Trend-ə verilən məlumata görə, KOBİA-nın təşkilatçılığı ilə sahibkar və menecerlər üçün növbəti təlim “Maliyyə risklərinin idarə olunması” mövzusuna həsr olunub.

Təlimdə iştirakçılar Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyasının ixtisaslaşmış təlimçiləri tərəfindən risk və onun mahiyyəti, maliyyə risklərinin idarə edilməsi, sığorta, riskdən yayınma, risk səviyyəsinin azaldılması üsulları barədə məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti