...

İyunun 9-dan qatarlarda gediş haqqı qalxır - İranda

İqtisadiyyat Materials 3 İyun 2019 00:20 (UTC +04:00)
İranda 9 iyundan qatarlara biletin qiyməti orta hesabla 22% artacaq
İyunun 9-dan qatarlarda gediş haqqı qalxır - İranda

Bakı. Elnur Bağışov - Trend:

İranda 9 iyundan qatarlara biletin qiyməti orta hesabla 22% artacaq.

Trend-in məlumatına görə, bunu İranın yol və şəhərsalma nazirinin müavini və dəmiryol şirkətinin icra direktoru Səid Rəsuli deyib.

S.Rəsulinin sözlərinə görə, İranda dəmiryol nəqliyyatı şirkətləri biletin qiymətinin artırılması ilə bağlı müraciət edib və Nəqliyyat Departamenti bu müraciətlə razılaşıb.

Direktor əlavə edib ki, Tehran-Ankara və Tehran-Van qatarları iyun ayının sonlarında işə başlayacaq:

"Tehran-Ankara qatarı biletinin qiyməti 43 avro, Tehran-Van qatarının biletinin qiyməti isə 20% avro olacaq".

Nazir müavini Tehran-Ankara qatarının 60 saata, Tehran-Van qatarının isə 20 saata mənzil başına çatacağını deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti