...

Yaxın zamanlarda Bakıda ilk KOB Evi açılacaq

İqtisadiyyat Materials 4 İyun 2019 12:50 (UTC +04:00)
Yaxın zamanlarda Bakıda ilk Kiçik və Orta Biznes Evi (KOB) açılacaq
Yaxın zamanlarda Bakıda ilk KOB Evi açılacaq

Bakı. Sara İsrafilbəyova - Trend:

Yaxın zamanlarda Bakıda ilk Kiçik və Orta Biznes Evi (KOB) açılacaq.

Trend-in məlumatına görə, bunu İqtisadiyyat Nazirliyi nəzdində Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin İdarə heyətinin sədri Orxan Məmmədov "Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır" adlı konfrans zamanı deyib.

Onun sözlərinə görə, KOB Evinin yaradılmasında əsas məqsəd operativliyi, şəffaflığı və sahibkarların maliyyə resurslarına rahat çıxışını təmin etməkdir.

O, həmçinin “Kiçik və Orta Biznesin Dostu” (DOST) strukturunun vacibliyini qeyd edib və əlavə edib ki, hazırda ölkənin 13 rayon və şəhərində bu şəbəkənin bölmələri fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti