...

Türk Hava Yolları uçuşlarının sırasına Strasburqu da əlavə edib (FOTO)

İqtisadiyyat Materials 7 İyun 2019 14:04 (UTC +04:00)
124 ölkəyə uçan Milli bayraq daşıyıcısı Strasburqu yenidən uçuş siyahısına əlavə edib
Türk Hava Yolları uçuşlarının sırasına Strasburqu da əlavə edib (FOTO)

Bakı. Trend:

Türk Hava Yolları 31 may tarixindən etibarən yenidən Strasburq istiqamətində birbaşa uçuşlar başlayıb. Uçuşlar həftədə 4 dəfə olmaqla, İstanbul hava limanından Strasburq Entsaym hava limanına reallaşdırılır.

Strasburq Türk Hava Yollarının Fransadaki yeddinci təyinat nöqtəsidir və bu il ərzində Birləşmiş Ərəb Əmirliklərinin Şarja və Mərakeşin Marrakeş şəhərlərindən sonra bayraq daşıyıcısının uçuş şəbəkəsinə əlavə edilmiş üçüncü beynəlxalq istiqamətdir. Türk Hava Yollarının Cənubi Avropa regionunda satış üzrə vitse-prezidenti Ömər Faruk Sönməz Strasburqda təşkil edilmiş açılış mərasimində iştirak edib.

İstanbul - Strasburq - İstanbul uçuş detalları;

Uçuş

No

Start

End

Günlər

Gediş

Gəliş

TK 1455

31/05/2019

25/10/2019

Bazar ertəsi, cümə

IST

08:35

SXB

10:45

TK 1456

31/05/2019

25/10/2019

Bazar ertəsi, cümə

SXB

11:40

IST

15:30

TK 1457

02/06/2019

23/10/2019

Çərşənbə, bazar

IST

15:30

SXB

17:40

TK 1458

02/06/2019

23/10/2019

Çərşənbə, bazar

SXB

18:35

IST

22:25

* Uçuş saatları yerli vaxtla göstərilib.

Uçuş siyahısı ilə tanış olmaq üçün http://www.turkishairlines.com saytına daxil ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti