...

Bakı Ali Neft Məktəbinin daha 8 tələbəsi “Baker Hughes, a GE Company” şirkətində təcrübə keçəcək

İqtisadiyyat Materials 25 İyun 2019 10:18 (UTC +04:00)

Bakı. Trend:

Bakı Ali Neft Məktəbində (BANM) nüfuzlu beynəlxalq neft-qaz şirkəti olan “Baker Hughes, a GE company” nümayəndələri ilə görüş keçirilib. Görüşdə BANM-in professor-müəllim heyəti ilə yanaşı, şirkətin Rusiyanın Xəzər regionunda neft xidmətləri üzrə vitse-prezidenti cənab Mahmud Kassem və vitse-prezidentin köməkçisi Xədicə Məmmədova iştirak ediblər.

Görüş zamanı tərəflər şirkətdə təcrübəyə seçilmiş BANM tələbələrinin istehsalat prosesi zamanı göstərdikləri performansları və əməkdaşlığın daha da genişləndirilməsi üzrə müzakirələr aparıblar.

Qonaqları salamlayan BANM-in rektoru Elmar Qasımov Ali Məktəbin tələbə və məzunlarını diqqətdə saxladıqlarına və yaratdıqları yüksək səviyyəli şəraitə görə şirkətin nümayəndələrinə təşəkkürünü bildirib.

“Baker Hughes, a GE Company” şirkətinin Rusiyanın Xəzər regionunda neft xidmətləri üzrə vitse-prezidenti cənab Mahmud Kassem iş prosesi zamanı BANM məzunlarının səviyyəsindən məmnun qaldığını, onların kifayət qədər peşəkar kadr olduğunu bildirib. O, şirkətdə bu il istehsalat təcrübəsi üçün Ali Məktəbin daha 8 tələbəsinə yer ayrıldığını rektorun diqqətinə çatdırıb.

Şirkətin rəhbəri yüksək səviyyəli kadrlar yetişdirdiyinə görə BANM rəhbərliyi və professor-müəllim heyətinə təşəkkür edib.

Rektor Elmar Qasımov BANM tələbələri və məzunlarının ünvanına deyilmiş xoş sözlərdən məmnunluğunu ifadə edib və gələcəkdə bu əməkdaşlığın davamlı olacağını vurğulayıb.

Sonda qonaqlarla xatirə fotosu çəkildi.

“Baker Hughes, a GE company” şirkəti dünyanın nüfuzlu neft-qaz şirkətlərindən sayılır. Şirkət əsasən, çoxşaxəli neft və mədən məhsulları, xidmətləri və rəqəmsal həlləri üzrə dünyanın ilk və yeganə tam təchizatçısıdır.

2015-ci ildən “Baker Hughes, a GE company” ilə qurulmuş yüksək əməkdaşlıq nəticəsində şirkətdə Ali Məktəbin tələbələrinin istehsalat təcrübəsi təşkil edilir, daha sonra məzunlar işlə təmin olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti