...

İran və Azərbaycanın ticarət dövriyyəsi 600 milyon dolları keçəcək

İqtisadiyyat Materials 28 İyun 2019 20:43 (UTC +04:00)

Bakı. Elnur Bağışov - Trend:

Bu il İran və Azərbaycanın ticarət dövriyyəsinin 600 milyon dolları keçəcəyi proqnoz olunur.

Bunu İran və Azərbaycan birgə ticarət palatasının iranlı baş katibi Hüseyn Vosuqi İrani Trend-ə açıqlamasında deyib.

H.V.İraninin sözlərinə görə, ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaları nəzərə alaraq, İran rəsmiləri ixracatçıları qonşu ölkələrlə ticarət dövriyyəsinin artırılmasına təşviq edirlər.

Baş katib əlavə edib ki, ötən illərdə İran və Azərbaycanın ticarət dövriyyəsi orta hesabla 400 milyon dollar olu:

“Ötən illərdə İran və Azərbaycanın ticarət dövriyyəsində əsasən ərzaq, tikinti materialları və sairə məhsulların mübadiləsi olub. Gələn illərdə iki ölkənin ticarət dövriyyəsində hazır məhsullar əsas yeri tutacaq".

Hər iki ölkə investorlarının qarşılıqlı şəkildə Azərbaycan və İranda layihələrə investisiyalar yatırdığını diqqətə çatdıran Vosuqi İrani proqnoz edib ki, növbəti illərdə ölkələrimiz arasında investisiyaların həcmi artacaq:

“Nəticədə iki ölkənin ticarət dövriyyəsində sənaye məhsulları da mübadilə olunacaq”.

Ticarət palatasının cari illə bağlı proqramına toxunan baş katib bildirib ki, bu ilin oktyabr ayında Bakıda keçiriləcək İnşaat Materialları sərgisinə İran böyük ticarət heyəti ilə qatılacaq.

İran 20 milyon dollar dəyərində 33 min ton məhsulu Azərbaycana ixrac edib. Bu, İranın bütün ixracında dəyər baxımından 0,8% təşkil edib.

Baş katib əlavə edib ki, İranın Azərbaycana məhsul ixracı 21 mart – 20 aprel aralığında ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 3%, çəki baxımından isə 11% azalıb. Azərbaycan İranın məhsul ixracında 14-cü yerdə qərarlaşıb. Həmin müddət ərzində isə Azərbaycanın İrana məhsul ixracı təxminən 1 milyon dollar dəyərində olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti