...

Bakının 3 rayonunda qazın verilişində məhdudiyyətlər olacaq

İqtisadiyyat Materials 9 Sentyabr 2019 10:03 (UTC +04:00)
Bakının 3 rayonunda qazın verilişində məhdudiyyətlər olacaq
Bakının 3 rayonunda qazın verilişində məhdudiyyətlər olacaq

Bakı. Samir Əli - Trend:

Bu gün səhər saat 09:00-dan Bakının Qaradağ rayonu, Qobustan qəsəbəsində bir qrup istehlakçının qaz təchizatı dayandırılıb.

“Azəriqaz” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, bu müddət ərzində qaz xəttinin mənbəyə birləşdirilməsi işləri icra olunacaq.

Saat 10:00-dan orta təzyiqli qaz kəmərinin kipliyə sınaq olunması məqsədilə Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində, təmir bərpa işlərinin yerinə yetirilməsi ilə əlaqədar isə saat 10:00-dan 16:00-dək Qazax rayonunun bir neçə yaşayış sahəsində qaz təchizatı dayandırılacaq.

Saat 10:00-dan etibarən işlər başa çatanadək Qaz İxrac İdarəsi də təmir işləri həyata keçirdiyindən Xətai rayonunun bir neçə prospekt və küçələrində qaz fasilələrlə veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti