...

Polşa Azərbaycanı vacib iqtisadi tərəfdaş hesab edir

İqtisadiyyat Materials 26 Sentyabr 2019 21:00 (UTC +04:00)
Azərbaycan Polşanın Cənubi Qafqaz regionunda daha vacib siyasi və iqtisadi tərəfdaşına çevrilir
Polşa Azərbaycanı vacib iqtisadi tərəfdaş hesab edir

Bakı. Trend:

Azərbaycan Polşanın Cənubi Qafqaz regionunda daha vacib siyasi və iqtisadi tərəfdaşına çevrilir.

Bunu Trend-ə Polşa İnvestisiya və Ticarət Agentliyinin Bakıdakı xarici ticarət nümayəndəliyinin direktoru Elnarə Məmmədova deyib.

Onun sözlərinə görə, 2018-ci ilin iyulunda Polşanın Bakıda ticarət nümayəndəliyi açılıb:

“Fəaliyyətə başladığı gündən nümayəndəlik 233 Polşa və 45 Azərbaycan şirkətinə xidmət göstərib. Bizə qida, kosmetika sənayesi, səhiyyə, tikinti, İT kimi sahələrdə işləyən şirkətlər müraciət edir”.

Direktor qeyd edib ki, Bakıdakı ticarət nümayəndəliyi iki ölkə arasında biznes əlaqələrinin qurulması olan bir sıra tədbirlər keçirib:

“2019-cu ilin mayında hər iki ölkənin prezidentlərinin iştirakı ilə Azərbaycan-Polşa biznes forumu təşkil olunub. Forumda Polşa və Azərbaycan şirkətlərinin 100-dək nümayəndəsi iştirak edib. Forum çərçivəsində əməkdaşlıq haqqında 7 memorandum imzalanıb. Bu sənədlər iki ölkə arasında ticari-iqtisadi əməkdaşlığın genişlənməsində müsbət rol oynayacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti