...

Unibankın dəstəyi ilə Paralimpiya komandası dünya çempionatında çıxış edir

İqtisadiyyat Materials 8 Oktyabr 2019 16:25 (UTC +04:00)
Azərbaycanın Güllə atıcılığı üzrə paralimpiya yığma komandası Dünya Çempionatında iştirak edir.
Unibankın dəstəyi ilə Paralimpiya komandası dünya çempionatında çıxış edir

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycanın Güllə atıcılığı üzrə paralimpiya yığma komandası Dünya Çempionatında iştirak edir.

Unibankdan Trend-ə verilən məlumata görə, 7-17 oktyabr tarixlərində Avstraliyada keçiriləcək dünya çempionatında Azərbaycanı Güllə atıcılığı üzrə paralimpiya yığma komandasının baş məşqçi Əkbər Muradovun rəhbərliyi ilə iki idmançı - Yelena Taranova və Kamran Zeynalov təmsil edir. Bu yarış "Tokio 2020" VI Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya xalları qazandırır.

Komandanın dünya çempionatında iştirakına Unibank dəstək verir. Qeyd edək ki, Unibank 2020-ci ilədək Güllə atıcılığı üzrə paralimpiya yığma komandasının dəstəkçisidir. 3 illik rəsmi tərəfdaşlıqla bağlı “Unibank” KB və Milli Paralimpiya Komitəsinin rəhbərliyi arasında müqavilə imzalanıb. Bank 2020-ci ilədək milli paralimpiya komandasının yerli və beynəlxalq oyunlarda rəsmi tərəfdaşı olmaqla yanaşı, komandanın inkişafına da dəstək verir.

Unibank-hər kəsin bankı!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti