...

Bakı Fond Birjasında marketmaker fəaliyyəti üzrə tələblər dəyişib

İqtisadiyyat Materials 22 Oktyabr 2019 13:37 (UTC +04:00)
Bakı Fond Birjasında (BFB) “Qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə ticarətin təşkili və keçirilməsi qaydaları” yenilənib.
Bakı Fond Birjasında marketmaker fəaliyyəti üzrə tələblər dəyişib

Bakı. Trend:

Bakı Fond Birjası (BFB) market meyker fəaliyyəti üzrə tələblərə dəyişikliklər edib.

Bu barədə Trend-ə BFB-dən verilən məlumatda bildirilir.

Əmrə əsasən, Azərbaycan Respublikasının üzv olduğu Beynəlxalq Maliyyə təşkilatları tərəfindən buraxılan qiymətli kağızlar marketmeyker fəaliyyətinin predmeti kimi təsdiq olunan 1-ci qrup qiymətli kağızların siyahısına daxil edilir.

Marketmeyker fəaliyyəti üzrə alış kotirovkasının minimal həcmi
dəyişdirilərək aşağıdakı kimi müəyyən edilir:

- 1-ci qrup qiymətli kağızlar (Azərbaycan Respublikası Maliyyə
Nazirliyinin Dövlət İstiqrazları, Azərbaycan Respublikası Mərkəzi
Bankının notları, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət
Fondunun istiqrazları və Azərbaycan Respublikasının üzv olduğu
beynəlxalq maliyyə təşkilatlarının buraxdığı qiymətli kağızlar) üzrə
300,000 (üç yüz min) manat;

- 2-ci qrup qiymətli kağızlar (digər emitentlər tərəfindən emissiya edilmiş
korporativ istiqrazlar və səhmlər) üzrə 50,000 (əlli min) manat.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti