...

2-ci “Bakı Elektron Ticarət Forumu (BEF - 2019)” davam edir (FOTO)

İqtisadiyyat Materials 22 Oktyabr 2019 16:10 (UTC +04:00)
“InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində keçirilən 2-ci “Bakı Elektron Ticarət Forumu (BEF – 2019)” bu gün İnnovasiyalar Agentliyində davam edir.
2-ci “Bakı Elektron Ticarət Forumu (BEF - 2019)” davam edir (FOTO)

Bakı. Trend:

“InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində keçirilən 2-ci “Bakı Elektron Ticarət Forumu (BEF – 2019)” bu gün İnnovasiyalar Agentliyində davam edir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının, Avropa Birliyinin təşkilatçılığı, “PAŞA Bank”ın tərəfdaşlığı ilə baş tutan forumun ikinci günündə iştirakçılara E-ticarətdə biznes modelləri, kibertəhlükəsizlik və məlumatların mühafizəsi, bazar davranışı və tendensiyaları mövzularında “Master class” keçirilib.

“Master class”ın məqsəd E-ticarətlə məşğul olanlar və bu işə yeni başlayanlar üçün ekspert təlimləri keçmək və onları maarifləndirməkdir.

Təlimçi heyətinə biznes analitikası üzrə mütəxəssislər – Kəramət Hacıyev, Rəşad İbrahimov, Vüqar Cəfərov, kibertəhlükəsizlik, vergi və hüquq üzrə mütəxəssis Fərid İsayev daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti