...

Oktyabrın 27-də Bakıda "İtaliyada təhsil al! Studiare in Italia" sərgisi keçiriləcək (FOTO)

İqtisadiyyat Materials 25 Oktyabr 2019 12:40 (UTC +04:00)
Rusiya, Qazaxıstan və Azərbaycan ilə İtaliya mədəniyyətlərarası əməkdaşlığı çərçivəsində ənənəvi olaraq baş tutacaq tədbir 2019-cu ilin payızında keçiriləcək.
Oktyabrın 27-də Bakıda "İtaliyada təhsil al! Studiare in Italia" sərgisi keçiriləcək (FOTO)

Bakı. Trend:

Rusiya, Qazaxıstan və Azərbaycan ilə İtaliya mədəniyyətlərarası əməkdaşlığı çərçivəsində ənənəvi olaraq baş tutacaq tədbir 2019-cu ilin payızında keçiriləcək. Müxtəlif proqramları və tədris səviyyələrini təmsil edən ən yaxşı italyan təhsil müəssisələri bir məkanda toplanacaq.

Azərbaycan paytaxtında sərgi oktyabrın 27-də Hilton otelində keçiriləcək. İtaliyada təhsil üzrə hər il müxtəlif şəhərlərdə keçirilən yeganə iri miqyaslı tədbir, bu il həmçinin Sankt-Peterburqda (19 oktyabr), Moskvada (20 oktyabr), Almatıda (24 oktyabr) və Nur-Sultanda (26 oktyabr) keçiriləcək.

Bu tədbirin əsas məqsədi – İtaliyada təhsilin mövcud imkanları barədə məlumat vermək və müxtəlif təhsil müəssisələrini eyni bir məkanda toplamaqdan ibarətdir.

Mövcud olduğu bütün dövr ərzində sərgidə İtaliyanın 80 müxtəlif istiqamətli ali məktəbi iştirak edib; sərgini təqribən 20 000 tələbə və onların valideynləri ziyarət ediblər.

Bakıda təşkil olunacaq sərgidə Università la Sapienza di Roma, Università Ca' Foscari, Politecnico di Milano, Università Bocconi, Istituto Marangoni və s. kimi İtaliyanın tanınmış ali məktəbləri təmsil olunacaq.

Sərginin əsas zalında ziyarətçilər təhsil müəssisələrinin nümayəndələri ilə birbaşa ünsiyyət qura biləcəklər: onlar universitetlərə qəbul qaydaları və təhsil haqqları barədə məlumat ala və həmçinin İtaliyada təhsil və həyat səviyyəsi ilə bağlı onları maraqlandıran suallara cavab tapa biləcəklər. Bundan başqa, qonaqları həmçinin zəngin təqdimat proqramı da gözləyir.

Bu tədbir ildə bir dəfə keçirilir və hər il 3500-dən çox ziyarətçini bir yerə toplayır. Sərgidə iştirak pulsuzdur, qeydiyyat isə sərginin rəsmi saytında və Timepad ilə aparılır.

İştirakçı universitetlərin siyahısı www.study-italy.ru saytında yenilənir.

Qeydiyyat və məlumat

Sərgiyə giriş pulsuzdur.

www.study-italy.ru saytında öncədən qeydiyyatdan keçmək lazımdır.

Sərginin proqramı:

BAKI: 27 oktyabr 2019

Keçirilmə yeri: Hilton Baku Hotel, Azadlıq pr., 1B

Sərginin açılışı: 14.00

Sərginin iş vaxtı: 14.00 - 18.00

Məqalədə:
Xəbər lenti

Xəbər lenti