...

Azərbaycanda avtomobil istehsalı artıb

İqtisadiyyat Materials 26 Noyabr 2019 07:44 (UTC +04:00)
2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 1880 minik avtomobili istehsal olunub
Azərbaycanda avtomobil istehsalı artıb

Bakı. Nərgiz İsmayılova - Trend:

2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 1880 minik avtomobili istehsal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə çoxdur.

Trend bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən məlumat verir.

Hesabata əsasən, Azərbaycanda istehsal olunmuş avtomobil, qoşqu və yarımqoşquların ümumi istehsalı 79,3 milyon manat təşkil edib (il ərzində 18,3 faiz azalma).

Hesabat dövründə ölkəyə 380 milyon manat məbləğində 27 825 minik avtomobili idxal edilib.

Azərbaycana 42,3 milyon manat məbləğində 5583 yük avtomobili (müvafiq olaraq 1,7 və 3,7 dəfə artım) və 48,9 milyon manat məbləğində 371 avtobus (müvafiq olaraq 8 və 3,4 dəfə artım) idxal edilib.

Hökumətin proqnozlarına əsasən, 2020-ci ildə 56 milyon manat, 2021-ci ildə 85,3 milyon manat, 2022-ci ildə isə 113,3 milyon manat məbləğində minik avtomobili istehsal olunacaq.

Say etibarilə minik avtomobillərinin istehsalını 7 min ədədək çatdırmaq planlaşdırılır. Proqnozlara əsasən, 2020-ci ildə bu göstəricinin 2 min, 2021-ci ilədək 3,5 min, 2022-ci ildə 5,3 min, 2023-cü ildə isə 7 min minik avtomobili istehsal olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti