...

KOBİA rəsmisi: Sahibkar istehsal etdiyi malların onlayn satışını təşkil etməklə əhalinin bu prosesə marağını artıra bilər

İqtisadiyyat Materials 26 Noyabr 2019 11:22 (UTC +04:00)
Azərbaycanda elektron ticarətin əhatə dairəsinin genişləndirilməsi, o cümlədən pərakəndə satışlarda elektron ticarətin payının artırılması, transsərhəd ticarətin inkişafı prioritet olaraq müəyyən edilib.
KOBİA rəsmisi: Sahibkar istehsal etdiyi malların onlayn satışını təşkil etməklə əhalinin bu prosesə marağını artıra bilər

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün dünyada elektron ticarətin həcmi sürətlə artır. Azərbaycan da dünya iqtisadi sisteminin bir parçası olaraq bu tendensiyalara uyğunlaşmaq istiqamətində mühüm addımlar atmaqdadır.

Trend-in məlumatına görə, bunu Bakıda keçirilən "World E-Commerce Forum Eurasia Baku 2019" konfransında çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

O.Məmmədov bildirib ki, Azərbaycanda elektron ticarətin əhatə dairəsinin genişləndirilməsi, o cümlədən pərakəndə satışlarda elektron ticarətin payının artırılması, transsərhəd ticarətin inkişafı prioritet olaraq müəyyən edilib.

KOBİA rəsmisi vurğulaylb ki, Azərbaycanda telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsində nəzərdə tutulan bir sıra tədbirlərin icrası məqsədilə 2018-2020-ci illərdə Azərbaycanda rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı qəbul edilib: “Bundan başqa, elektron ticarətin hüquqi və infrastruktur bazasını beynəlxalq tələblərə uyğunlaşdırmaq məqsədilə Azərbaycanda rəqəmsal ticarət qovşağı portalı yaradılıb. Hesab edirik ki, elektron ticarətin inkişafı üçün üç tərəf – vətəndaş, biznes subyektləri və dövlət strukturları birgə məsuliyyət daşıyır. Vətəndaşın əsas məsuliyyəti rəqəmsal biliklərə yiyələnmək, ödənişləri elektron qaydada həyata keçirməkdən ibarətdirsə, sahibkar istehsal və ixrac etdiyi malların onlayn satışını təşkil etməklə əhalinin bu prosesə marağını artıra bilər. Dövlət isə tənzimləmə sahəsində addımlar atmaqla bu sahədə ekosistemin effektivliyini artıraraq, eləcə də elektron ticarəti təşviq edə bilər.
Qeyd etmək istərdim ki, 2017-ci ildə yaradılmış KOBİA-nın əsas vəzifəsi məhz ölkədə startap, mikro, kiçik və orta biznesin dəstəklənməsidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti